Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN açıqladı: Türkiyədə infrastruktur layihələrinə ciddi təhlükə yoxdur

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko  - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, infrastruktur layihələrinin həyata keçirilməsi üçün heç bir ciddi təhlükə yoxdur.
BAKI, 8 fevral — Sputnik. Moskvanın hazırda Türkiyədə infrastruktur layihələrinə, o cümlədən Türkiyədə qaz qovşağı yaratmaq planlarına ciddi təhlükə yoxdur. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Fəlakətin ölçüsü böyükdür, əlbəttə ki, bunun müəyyən nəticələri olacaq, lakin Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığından danışsaq, o zaman bu, ən yüksək səviyyədə təsdiq edilmiş və razılaşdırılmış planlara uyğun inkişaf edir. Bilirsiniz ki, nümayəndələrimiz tikinti sahəsindəki vəziyyətlə bağlı real vaxt rejimində məlumat verirlər", - Qruşko jurnalistlərə bildirib.

"Hələlik biz razılaşdırılmış infrastruktur layihələrinin həyata keçirilməsi üçün heç bir ciddi təhlükənin olmamasını qeyd edirik", - deyə Qruşko Türkiyədə zəlzələnin fəlakətli nəticələrinin qaz mərkəzi yaratmaq planlarına təsir göstərə bilməsi ilə bağlı suala cavabında deyib.

Xatırladaq ki, Türkiyə Rusiya lideri Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinə hazırlaşır. Bunu ötən ilin dekabrında Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şanlıurfa şəhərində gənclərlə görüşü zamanı deyib.
Rusiya və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı və operativ şəkildə işləyib hazırlamağı tapşırıblar. Bu qovşaq vasitəsilə Rusiya Federasiyası qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.
Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0