Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya FHN-nin rəhbəri Türkiyə ilə bağlı tapşırıq verdi

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya və Türkiyə bayraqları
Rusiya və Türkiyə bayraqları - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri əlavə xilasedicilər qrupunun göndərilməsi barədə göstəriş verib.
BAKI, 8 fevral — Sputnik. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov Türkiyəyə əlavə xilasedicilər qrupunun göndərilməsi barədə göstəriş verib. Bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Fevralın 6-da səhər saatlarında Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib və Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Bazar ertəsi günortadan sonra 7,6 bal gücündə daha bir zəlzələ baş verib. Son məlumatlara görə, Türkiyədə ölənlərin sayı təxminən 5,9 min nəfərə, yaralıların sayı isə 34,8 minə çatıb.
Bildirilir ki, hazırda xilasedicilər fövqəladə vəziyyət zonasına uçmağa hazırlaşır.
Xatırladaq ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələdə ölənlərin sayı 5400-ü keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0