https://sputnik.az/20230208/mirzoyan-ceyhun-bayramovla-goruse-hazir-oldugunu-deyir-451539860.html
Mirzoyan Ceyhun Bayramovla görüşə hazır olduğunu deyir
Mirzoyan Ceyhun Bayramovla görüşə hazır olduğunu deyir
Sputnik Azərbaycan
Ermənistan xarici işlər naziri bildirib ki, İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur, lakin bəzi məsələlərdə fikir ayrılıqları var. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T14:32+0400
2023-02-08T14:32+0400
2023-02-08T15:20+0400
ceyhun bayramov
siyasət
sergey lavrov
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873150_0:94:1280:814_1920x0_80_0_0_24062a010aec9c59c293dc15e522dda4.jpg
BAKI, 8 fevral — Sputnik. Ermənistan tərəfi dekabrın sonunda Moskvada keçiriləcək Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşünü ləğv etməyib, təxirə salıb və onu "müəyyən əlverişli vaxtda" keçirməyə hazırdır. Bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radmanla birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib. "Biz Moskvadakı görüşü ləğv etməmişdik, lakin təxirə salmışdıq. Bu təxirə salınmış görüşü müəyyən münasib vaxtda keçirəcəyik. Görüşlər Moskvada və ya başqa şəhərdə keçirilə bilər. Yer seçimi vacibdir, lakin bunun prosesə o qədər də ciddi təsiri yoxdur", - Mirzoyan deyib. Ermənistan xarici işlər naziri onu da əlavə edib ki, İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur, lakin bəzi məsələlərdə fikir ayrılıqları var. "Lakin bunu böhran adlandırmaq həddən artıq şişirtmədir. Biz həmişə rusiyalı tərəfdaşlarımızla əlaqə saxlayırıq, gündəliyimizdəki məsələləri müzakirə edirik", - deyə o əlavə edib. Xatırladaq ki, ötən ilin dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0c/441873150_36:0:1245:907_1920x0_80_0_0_0428d93070a7fca6a471f8d5f61d21ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, sergey lavrov, ararat mirzoyan
ceyhun bayramov, sergey lavrov, ararat mirzoyan
Mirzoyan Ceyhun Bayramovla görüşə hazır olduğunu deyir
14:32 08.02.2023 (Yenilənib: 15:20 08.02.2023) Ermənistan xarici işlər naziri bildirib ki, İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur, lakin bəzi məsələlərdə fikir ayrılıqları var.
BAKI, 8 fevral — Sputnik. Ermənistan tərəfi dekabrın sonunda Moskvada keçiriləcək Ermənistan, Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşünü ləğv etməyib, təxirə salıb və onu "müəyyən əlverişli vaxtda" keçirməyə hazırdır. Bu barədə Xorvatiyanın xarici işlər naziri Qordan Qrlix-Radmanla birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz Moskvadakı görüşü ləğv etməmişdik, lakin təxirə salmışdıq. Bu təxirə salınmış görüşü müəyyən münasib vaxtda keçirəcəyik. Görüşlər Moskvada və ya başqa şəhərdə keçirilə bilər. Yer seçimi vacibdir, lakin bunun prosesə o qədər də ciddi təsiri yoxdur", - Mirzoyan deyib.
Ermənistan xarici işlər naziri onu da əlavə edib ki, İrəvanla Moskva arasında münasibətlərdə böhran yoxdur, lakin bəzi məsələlərdə fikir ayrılıqları var.
"Lakin bunu böhran adlandırmaq həddən artıq şişirtmədir. Biz həmişə rusiyalı tərəfdaşlarımızla əlaqə saxlayırıq, gündəliyimizdəki məsələləri müzakirə edirik", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən ilin dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.