Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb - FOTO

© AR Ministry of DefenceHərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Abunə olmaq
Hərbi həkimlərimiz səhra hospitalında zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of DefenceHərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Hərbi həkimlərimiz səhra hospitalında Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşları ilə koordinasiyalı şəkildə zəlzələ nəticəsində xəsarət alanların qəbulu, qeydiyyatı, çeşidlənməsi, əməliyyat olunması və aidiyyəti üzrə digər tibb müəssisələrinə göndərilməsi işlərində fəal iştirak edir.
Qeyd edək ki, ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə qardaş ölkəyə ezam olunub.
© AR Ministry of DefenceHərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb - Sputnik Azərbaycan, 1920, 08.02.2023
Hərbi tibb personalımız Kahramanmaraşda fəaliyyətə başlayıb
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun 20 nəfərdən ibarət heyəti Türkiyəyə göndərilib.
Xəbər lenti
0