https://sputnik.az/20230208/azerbaycan-xilasedicileri-turkiyede-26-neferi-dagintilar-altindan-sag-cixarib---vdeo-451540459.html
Azərbaycan xilasediciləri Türkiyədə 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO
Azərbaycan xilasediciləri Türkiyədə 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO
Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur. Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək. 08.02.2023, Sputnik Azərbaycan
2023-02-08T16:07+0400
2023-02-08T16:07+0400
2023-02-08T16:19+0400
fhn
azərbaycan xəbərləri
türkiyə
zəlzələ
azərbaycan
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e7/02/07/451511971_0:120:1280:840_1920x0_80_0_0_b95a94744bff21e1f716d1e92922fccd.jpg
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Nazirlikdən bildiriblər ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur. Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir. Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib. Xatırladaq ki, dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub. Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40910 nəfərdir. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/07/451511971_0:0:1280:960_1920x0_80_0_0_030e7bc5b91a061125da8ffc13106a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
fhn, türkiyə, zəlzələ, azərbaycan
fhn, türkiyə, zəlzələ, azərbaycan
Azərbaycan xilasediciləri Türkiyədə 26 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO
16:07 08.02.2023 (Yenilənib: 16:19 08.02.2023) Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur. Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.
BAKI, 8 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Nazirlikdən bildiriblər ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.
Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə çatıb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir.
Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin hazırda 725 əməkdaşı zəlzələnin fəsadlarının aradan qaldırılması işinə cəlb edilib.
Xatırladaq ki, dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb. Zəlzələ nəticəsində xəsarət alanların sayı 40910 nəfərdir. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.