https://sputnik.az/20230207/azerbaycan-rusiya-ticaret-dovriyyesi-niye-keskin-artib-sebebler-ve-cedvel-451463161.html
Azərbaycan-Rusiya ticarət dövriyyəsi niyə kəskin artıb? Səbəblər və Cədvəl
Azərbaycan-Rusiya ticarət dövriyyəsi niyə kəskin artıb? Səbəblər və Cədvəl
Sputnik Azərbaycan
Keçən il Rusiya, Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr içərisində birinci yerdə olub. Azərbaycan ən çox Rusiyadan mallar idxal... 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T08:55+0400
2023-02-07T08:55+0400
2023-02-07T08:55+0400
rusiya
iqtisadiyyat
ticarət dövriyyəsi
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698992_0:0:3072:1728_1920x0_80_0_0_d0bf773acfbaa27f1d24418c74107494.jpg
BAKI, 7 fevral — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur. Ötən il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Azərbaycanın ümumi idxalının 18,81 faizi Rusiyanın payına düşüb. Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,56 faizi Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar-dekabr aylarında ölkəmizdən Rusiyaya 928,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu, 2021-ci illə müqayisədə 5,8 faiz artım deməkdir. Rusiya, Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr içərisində ilk yerdədir. Artımın səbəbləri və növbəti ayların ticarət proqnozu "Odlar Yurdu" Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın bir sıra amillərlə bağlı olduğunu söyləyib. Ticarət dövriyyəsinin daha da artacağı gözlənilir O bildirib ki, hər iki ölkə regional iqtisadi əməkdaşlıq baxımından bir-biri üçün açar dövlətlər kimi mövqeləşib: "Digər tərəfdən, ötən il Rusiyanın Qərb ölkələri ilə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi bu prosesə öz təkanını verib. Belə ki, Rusiyanın xarici iqtisadi siyasəti baxımından vektorlar ciddi şəkildə dəyişir. Bu da Rusiya üçün Azərbaycanın önəmini artırır. Bu proses uzunmüddətli olacaq. Çünki fundamental amillər öz yerində qalır. Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın dərinləşməsi hər iki ölkənin milli maraqlarına tam uyğundur. Digər tərəfdən isə Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin hələ uzun müddət problemli olacağını proqnozlaşdırmaq olar. Bu da onu deməyə əsas verir ki, uzunmüddətli perspektiv üçün Rusiyanın xarici iqtisadi siyasətində artıq yeni prioritet vektorlar müəyyənləşdirilir. Azərbaycan da həmin vektorlar çərçivəsində mərkəzi rol oynayan dövlətlər sırasında olmalıdır". "Ona görə də biz yaxın aylarda iki ölkə arasında ticarət dövriyyəsinin bir qədər də artmasının şahidi olacağıq", - deyə professor diqqətə çatdırıb. Ekspertin sözlərinə görə, amma bununla yanaşı, iki istiqamətdə Azərbaycan ilə Rusiya arasında tədbirlərin reallaşdırılmasına ehtiyac var: "Birincisi, regional iqtisadi inteqrasiyanın dərinləşməsi və Azərbaycanın Avrasiya iqtisadi inteqrasiya prosesində aktiv şəkildə iştirak etməsidir. Bu da qarşılıqlı ticarət dövriyyəsinə, iqtisadi münasibətlərə öz müsbət töhfəsini verməlidir. İkincisi, birgə və birbaşa investisiyalar ilə bağlı olan layihələrdir. Bu layihələrin reallaşdırılması nəticəsində biz daha çox xammal ticarəti ilə deyil, yüksək texnoloji tutumlu, yüksək əlavə dəyər tutumlu məhsulların ticarəti ilə məşğul olacağıq. Bu, həmin məhsulların birgə istehsalı, eyni zamanda texnoloji kooperasiyanı özündə ehtiva edəcək". İki ölkə arasında böyük potensial mövcuddur "Texnoloji kooperasiya vasitəsilə iqtisadi münasibətlərin dərinləşməsi isə öz növbəsində qarşılıqlı ticarət dövriyyəsinin hətta dəfələrlə artması üçün şərait yarada bilər. Çünki bu istiqamətdə iki ölkə arasında və bütövlükdə regional iqtisadi əməkdaşlıq prizmasında böyük potensial mövcuddur", - deyə o əlavə edib. 2021-ci ildə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. 2021-ci ildə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib. 2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapdı. Ötən ilin mart ayından etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyət tamamilə aradan qaldırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698992_0:0:2732:2048_1920x0_80_0_0_4751451ccb146bf1881d02a124947a46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
rusiya, ticarət dövriyyəsi
rusiya, ticarət dövriyyəsi
Azərbaycan-Rusiya ticarət dövriyyəsi niyə kəskin artıb? Səbəblər və Cədvəl
Keçən il Rusiya, Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr içərisində birinci yerdə olub. Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Professor ticarətin artmasının səbəbləri barədə Sputnik Azərbaycan-a ətraflı danışıb.
BAKI, 7 fevral — Sputnik. Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 710 milyon 240 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 23,8 faiz çoxdur.
Ötən il Azərbaycan ən çox Rusiyadan mallar idxal edib. Belə ki, keçən il Rusiyadan ölkəmizə 2 milyard 734 milyon 783 min dollarlıq məhsul gətirilib. Bu, 2021-ci illə müqayisədə 31,8 faiz çox deməkdir. Azərbaycanın ümumi idxalının 18,81 faizi Rusiyanın payına düşüb.
Azərbaycan ən çox qeyri-neft məhsullarını Rusiyaya ixrac edib
Hesabat dövründə Azərbaycanın Rusiyaya ixracı isə 975 milyon 456 min dollar təşkil edib. Bu da 2021-ci illə müqayisədə 6 faiz çox deməkdir. Ölkəmizin ümumi ixracının 2,56 faizi Rusiyanın payına düşüb. 2022-ci ilin yanvar-dekabr aylarında ölkəmizdən Rusiyaya 928,6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu, 2021-ci illə müqayisədə 5,8 faiz artım deməkdir. Rusiya, Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr içərisində ilk yerdədir.
Artımın səbəbləri və növbəti ayların ticarət proqnozu
"Odlar Yurdu" Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsində kəskin artımın bir sıra amillərlə bağlı olduğunu söyləyib.
Ticarət dövriyyəsinin daha da artacağı gözlənilir
O bildirib ki, hər iki ölkə regional iqtisadi əməkdaşlıq baxımından bir-biri üçün açar dövlətlər kimi mövqeləşib: "Digər tərəfdən, ötən il Rusiyanın Qərb ölkələri ilə, o cümlədən Avropa İttifaqı ilə münasibətlərinin kəskin şəkildə pisləşməsi bu prosesə öz təkanını verib. Belə ki, Rusiyanın xarici iqtisadi siyasəti baxımından vektorlar ciddi şəkildə dəyişir. Bu da Rusiya üçün Azərbaycanın önəmini artırır. Bu proses uzunmüddətli olacaq. Çünki fundamental amillər öz yerində qalır. Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın dərinləşməsi hər iki ölkənin milli maraqlarına tam uyğundur. Digər tərəfdən isə Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin hələ uzun müddət problemli olacağını proqnozlaşdırmaq olar. Bu da onu deməyə əsas verir ki, uzunmüddətli perspektiv üçün Rusiyanın xarici iqtisadi siyasətində artıq yeni prioritet vektorlar müəyyənləşdirilir. Azərbaycan da həmin vektorlar çərçivəsində mərkəzi rol oynayan dövlətlər sırasında olmalıdır".
"Ona görə də biz yaxın aylarda iki ölkə arasında ticarət dövriyyəsinin bir qədər də artmasının şahidi olacağıq", - deyə professor diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, amma bununla yanaşı, iki istiqamətdə Azərbaycan ilə Rusiya arasında tədbirlərin reallaşdırılmasına ehtiyac var: "Birincisi, regional iqtisadi inteqrasiyanın dərinləşməsi və Azərbaycanın Avrasiya iqtisadi inteqrasiya prosesində aktiv şəkildə iştirak etməsidir. Bu da qarşılıqlı ticarət dövriyyəsinə, iqtisadi münasibətlərə öz müsbət töhfəsini verməlidir. İkincisi, birgə və birbaşa investisiyalar ilə bağlı olan layihələrdir. Bu layihələrin reallaşdırılması nəticəsində biz daha çox xammal ticarəti ilə deyil, yüksək texnoloji tutumlu, yüksək əlavə dəyər tutumlu məhsulların ticarəti ilə məşğul olacağıq. Bu, həmin məhsulların birgə istehsalı, eyni zamanda texnoloji kooperasiyanı özündə ehtiva edəcək".
İki ölkə arasında böyük potensial mövcuddur
"Texnoloji kooperasiya vasitəsilə iqtisadi münasibətlərin dərinləşməsi isə öz növbəsində qarşılıqlı ticarət dövriyyəsinin hətta dəfələrlə artması üçün şərait yarada bilər. Çünki bu istiqamətdə iki ölkə arasında və bütövlükdə regional iqtisadi əməkdaşlıq prizmasında böyük potensial mövcuddur", - deyə o əlavə edib.
2021-ci ildə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib
Xatırladaq ki, 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 2020-ci illə müqayisədə 12,1 faiz artaraq 2 milyard 995 milyon 131 min dollara çatıb. 2021-ci ildə də Azərbaycana ən çox mal Rusiyadan gətirilib.
2020-ci ilin dekabr ayında Rusiyaya pomidor və alma ixracında bəzi ziyanvericilər aşkarlandığına görə logistik problemlər olmuşdu. Ancaq qarşılıqlı əməkdaşlıq sayəsində mövcud problemlər həllini tapdı. Ötən ilin mart ayından etibarən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") tərəfindən Azərbaycandan pomidor və almanın bu ölkəyə ixracı ilə bağlı tətbiq olunan məhdudiyyət tamamilə aradan qaldırılıb.