https://sputnik.az/20230207/azerbaycan-ordusunun-bir-qrup-herbi-tibb-personali-turkiyeye-yola-dusub-451481937.html
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin isə qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır. 07.02.2023, Sputnik Azərbaycan
2023-02-07T08:53+0400
2023-02-07T08:53+0400
2023-02-07T08:53+0400
azərbaycan xəbərləri
müdafiə nazirliyi
azərbaycan ordusu
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451474931_0:120:1280:840_1920x0_80_0_0_39c9dedcf0a843f82cc610ecac84482c.jpg
BAKI, 7 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqların yola salınması üçün hazırlıq işləri aparılır.Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 2921 nəfərə çatıb. 15 834 nəfər yaralı var.Dağıntıya məruz qalmış binaların sayı isə 6217-dir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/06/451474931_0:0:1280:960_1920x0_80_0_0_cc411bd37d930e9ac1a8d5f33b0d4ea0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, azərbaycan ordusu, fövqəladə hallar nazirliyi
müdafiə nazirliyi, azərbaycan ordusu, fövqəladə hallar nazirliyi
Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin isə qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.
BAKI, 7 fevral - Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarənin qardaş ölkəyə yola salınması üçün hazırlıq işləri aparılır.
Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.
Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.
Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqların yola salınması üçün hazırlıq işləri aparılır.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub.
Son məlumatlara görə, Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 2921 nəfərə çatıb. 15 834 nəfər yaralı var.
Dağıntıya məruz qalmış binaların sayı isə 6217-dir.