Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sumqayıtda narkotikə görə 43 nəfər saxlanıldı

© AFP 2023 / FRED DUFOURPolis bölməsində əli qandallanmış şəxs
Polis bölməsində əli qandallanmış şəxs - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Həmin şəxslərdən 7 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülüb.
BAKI, 6 fevral — Sputnik. Sumqayıt şəhər Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü ilin yanvar ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin şəxslərdən 7 kq-dan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr götürülüb. 6,9 kq güclü təsir edici maddə dövriyyədən çıxarılıb.
Şəki qeydiyyatında olan, amma Binə qəsəbəsində yaşayan 16.08.1995-ci il təvəllüdlü Ələkbərli Rauf Qərib oğlundan 1 kq-dan artıq narkotik vasitə götürülüb.
Adı çəkilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə əvvəlcədən razılaşıb 1000 (min) manat pul müqabilində narkotik vasitələri müxtəlif yerlərə çatdırırmış.
Narkotik - Sputnik Azərbaycan, 1920, 06.02.2023
CƏMİYYƏT
Polis əməliyyat keçirdi, 70 kq-dan çox narkotik aşkar edildi
Xəbər lenti
0