Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İran Təhlükəsizlik Şurasının katibi Rusiyaya niyə gedir?

© AP Photo / Vahid Salemi, Fileİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Əli Şəmxani səfər çərçivəsində Əfqanıstanda sülh və sabitliyin təşviqi, əfqan xalqının problemlərinin həlli ilə bağlı çoxtərəfli məsləhətləşmələr aparacaq.
BAKI, 6 fevral — Sputnik. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Əfqanıstanda sabitlik və sülh məsələlərini müzakirə etmək üçün Rusiyanın paytaxtı Moskvaya səfərə hazırlaşır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani fevralın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Əli Şəmxani səfər çərçivəsində Əfqanıstanda sülh və sabitliyin təşviqi, əfqan xalqının problemlərinin həlli ilə bağlı çoxtərəfli məsləhətləşmələr aparacaq.
Bildirilib ki, katib Rusiya hökumətinin bir sıra rəsmiləri ilə qarşılıqlı maraq doğuran məsələləri də müzakirə edəcək.
Xatırladaq ki, bundan əvvəl Əli Şamxani İranın müdafiə naziri olub. Bu yaxınlarda Britaniyaya casusluqda təqsirli bilinərək edam olunmuş Əlirza Əkbəri onun müavini olub.
O, İran Prezidenti İbrahim Rəisinin Çinə nəzərdə tutulan səfəri barədə açıqlama verib: "Bu, iki ölkə arasında razılaşma əsasında nəzərdə tutulan səfər proqramlarından biridir".
Sözçü qeyd edib, bu səfər lazımi vaxtda həyata keçiriləcək və mətbuata ətraflı məlumat veriləcək.
Xəbər lenti
0