Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyevin tapşırığı ilə 370 nəfərlik çevik xilasetmə qüvvələri Türkiyəyə göndərilir

© Sputnik / Irade JELILÇevik Xilasetmə əməkdaşları
Çevik Xilasetmə əməkdaşları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
FHN bəyan edib ki,artıq çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
BAKI, 6 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 370 nəfərlik heyəti Türkiyəyə göndərilir.
Bu barədə Sputnik Azərbaycan-a FHN-dən məlumat verilib. Bildirilib ki, bu gün səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə nazirliyin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, Türkiyədə Bakı vaxtı ilə bu gün saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 06.02.2023
DÜNYA XƏBƏRLƏRİ
İlham Əliyev Ərdoğana başsağlığı verib
Xəbər lenti
0