CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu vətəndaşlarımıza müraciət etdi

© AP Photo / Emrah Gurelİstanbula mənzərə
İstanbula mənzərə - Sputnik Azərbaycan, 1920, 06.02.2023
Abunə olmaq
Zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaları xahiş olunur.
BAKI, 6 fevral — Sputnik. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.
Müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb.
"Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaları xahiş olunur: +90 536 613 86 48", - məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib. Kahramanmaraşda baş verən zəlzələ Türkiyənin 4 vilayətində hiss edilib. Türkiyənin cənub-şərqində baş verən zəlzələdən sonra Diyarbəkir vilayətində 8 mərtəbəli bina uçub. Türkiyənin cənubundakı Adana şəhərində güclü zəlzələ nəticəsində üç hündürmərtəbəli yaşayış binası tamamilə dağılıb.
Türkiyədə zəlzələnin fəsadları - Sputnik Azərbaycan, 1920, 06.02.2023
FOTO
Türkiyədə 7.4 bal gücündə zəlzələ olub: Çox sayda ölən və yaralananlar var
Xəbər lenti
0