Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİİ ölkələri ödəniş sistemləri arasında qarşılıqlı əlaqəni inkişaf etdirməlidir - Mişustin

© Sputnik / Aleksandr Astafev / Mediabanka keçidRusiyanın baş naziri Mixail Mişustin
Rusiyanın baş naziri Mixail Mişustin  - Sputnik Azərbaycan, 1920, 03.02.2023
Abunə olmaq
Rusiyanın baş naziri bildirib ki, Avrasiya İqtisadi İttifaqının rəqəmsal nəqliyyat dəhlizlərinin ekosistemi malların sərbəst hərəkətini asanlaşdırmalıdır və sənəd dövriyyəsi elektronlaşmalıdır.
BAKI, 3 fevral — Sputnik. Vətəndaşların və biznesin maraqları naminə Avrasiya İqtisadi İttifaqı ölkələri ödəniş sistemlərinin qarşılıqlı əlaqəsini inkişaf etdirməlidir. Bu, birliyə üzv olan dövlətlər arasında kapitalın sərbəst hərəkətini təmin edəcək. Bunu Rusiyanın baş naziri Mixail Mişustin "Digital Almatı- 2023" "Yeni reallıqda rəqəmsal tərəfdaşlıq" illik beynəlxalq rəqəmsallaşma forumunun plenar iclasında deyib.

"Ölkələrimiz arasında kapitalın sərbəst hərəkətini təmin etmək üçün beş dövlətin ödəniş sistemlərinin qarşılıqlı əlaqəsini inkişaf etdirmək lazımdır. Bu da vətəndaşlarımızın və biznesin, ilk növbədə kiçik və orta biznesin maraqlarına cavab verir", - Mişustin bildirib.

O əlavə edib ki, Avrasiya İqtisadi İttifaqının rəqəmsal nəqliyyat dəhlizlərinin ekosistemi malların sərbəst hərəkətini asanlaşdırmalıdır və sənəd dövriyyəsi elektronlaşmalıdır.
"Bütün bunlar inkişaf etmiş texnoloji infrastrukturun formalaşmasına kömək edəcək, milli xidmətlərin "vitrininə" əsas yaradacaq", - baş nazir izah edib.
O vurğulayıb ki, bu cür xidmətlərin mövcudluğu və rahatlığı insanlara Aİİ-yə inteqrasiyanın üstünlüklərindən istifadə etməyə imkan verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0