https://sputnik.az/20230201/nato-nun-bu-olkelerle-elaqeleri-cine-tehlukesini-artirir---mao-nin-451288828.html
NATO-nun bu ölkələrlə əlaqələri Çinə qarşı təhlükəni artırır - Mao Nin
NATO-nun bu ölkələrlə əlaqələri Çinə qarşı təhlükəni artırır - Mao Nin
Sputnik Azərbaycan
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, NATO Avropanın təhlükəsizliyinin qorunmasında hansı rol oynadığı barədə ciddi düşünməlidir. 01.02.2023, Sputnik Azərbaycan
2023-02-01T15:52+0400
2023-02-01T15:52+0400
2023-02-01T15:53+0400
nato
dünya xəbərləri
çin
təhlükə
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_0:129:2500:1535_1920x0_80_0_0_b2b9fef4064e2abedd1f7f7407b25e2b.jpg
BAKI, 1 fevral — Sputnik. NATO Avropanın təhlükəsizliyinin qorunmasında oynadığı rolu düşünməli və Asiya-Sakit okean regionunun geosiyasi mübarizə meydanı olmadığını xatırlamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin çərşənbə günü keçirdiyi brifinqdə deyib. NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşündən sonra birgə mətbuat konfransı zamanı bildirib ki, alyans Yaponiyanın 2027-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq üçün ötən ilin sonunda qəbul edilmiş strategiyasını dəstəkləyir. Onun sözlərinə görə, bu gün Avropada baş verənlər sabah Asiya regionunda da baş verə bilər. Stoltenberq həmçinin vurğulayıb ki, Avropa regionunun və Hind-Sakit okean regionunun təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. "Çin dəfələrlə NATO ilə bağlı məsələlərdə mövqeyini açıqlayıb. NATO bir tərəfdən regional müdafiə alyansı kimi mövqeyinin dəyişmədiyini iddia edir, digər tərəfdən alyans daima ənənəvi müdafiə zonaları və ərazilərindən kənara çıxır, davamlı olaraq Asiya-Sakit okean regionu ölkələri ilə hərbi təmaslarını və təhlükəsizlik əlaqələrini gücləndirərək Çinə təhlükəsini artırır. Müvafiq tendensiyalar region ölkələrinin yüksək ayıqlığına səbəb olmalıdır", - diplomat bildirib. O qeyd edib ki, Çin həmişə regionda və dünyada sülh və sabitliyin müdafiəçisi olub və Pekin həssas məsələlərdə həmişə sülh danışıqlarının aparılmasını fəal şəkildə müdafiə edib və vəziyyətin yumşaldılmasına töhfə verib. "NATO Avropanın təhlükəsizliyinin qorunmasında hansı rol oynadığı barədə ciddi düşünməlidir. Mən vurğulamaq istəyirəm ki, Asiya-Sakit okean regionu geosiyasi mübarizə meydanı deyil, Soyuq Müharibə düşüncəsi və blok qarşıdurması burada xoş qarşılanmır", - o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451232982_142:0:2359:1663_1920x0_80_0_0_a8547b01a9022d6df58e0ae139e4afa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, çin, təhlükə
NATO-nun bu ölkələrlə əlaqələri Çinə qarşı təhlükəni artırır - Mao Nin
15:52 01.02.2023 (Yenilənib: 15:53 01.02.2023) Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, NATO Avropanın təhlükəsizliyinin qorunmasında hansı rol oynadığı barədə ciddi düşünməlidir.
BAKI, 1 fevral — Sputnik. NATO Avropanın təhlükəsizliyinin qorunmasında oynadığı rolu düşünməli və Asiya-Sakit okean regionunun geosiyasi mübarizə meydanı olmadığını xatırlamalıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin çərşənbə günü keçirdiyi brifinqdə deyib.
NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşündən sonra birgə mətbuat konfransı zamanı bildirib ki, alyans Yaponiyanın 2027-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 2%-nə çatdırmaq üçün ötən ilin sonunda qəbul edilmiş strategiyasını dəstəkləyir. Onun sözlərinə görə, bu gün Avropada baş verənlər sabah Asiya regionunda da baş verə bilər. Stoltenberq həmçinin vurğulayıb ki, Avropa regionunun və Hind-Sakit okean regionunun təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.
"Çin dəfələrlə NATO ilə bağlı məsələlərdə mövqeyini açıqlayıb. NATO bir tərəfdən regional müdafiə alyansı kimi mövqeyinin dəyişmədiyini iddia edir, digər tərəfdən alyans daima ənənəvi müdafiə zonaları və ərazilərindən kənara çıxır, davamlı olaraq Asiya-Sakit okean regionu ölkələri ilə hərbi təmaslarını və təhlükəsizlik əlaqələrini gücləndirərək Çinə təhlükəsini artırır. Müvafiq tendensiyalar region ölkələrinin yüksək ayıqlığına səbəb olmalıdır", - diplomat bildirib.
O qeyd edib ki, Çin həmişə regionda və dünyada sülh və sabitliyin müdafiəçisi olub və Pekin həssas məsələlərdə həmişə sülh danışıqlarının aparılmasını fəal şəkildə müdafiə edib və vəziyyətin yumşaldılmasına töhfə verib.
"NATO Avropanın təhlükəsizliyinin qorunmasında hansı rol oynadığı barədə ciddi düşünməlidir. Mən vurğulamaq istəyirəm ki, Asiya-Sakit okean regionu geosiyasi mübarizə meydanı deyil, Soyuq Müharibə düşüncəsi və blok qarşıdurması burada xoş qarşılanmır", - o əlavə edib.