ELM

II Bakı Elm Olimpiadası keçiriləcək

Bakı - Sputnik Azərbaycan, 1920, 01.02.2023
Abunə olmaq
Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq
BAKI, 1 fevral — Sputnik. Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin şagirdləri arasında II Bakı Elm Olimpiadası keçiriləcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat verib.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, istedadlı şagirdləri aşkar etməkdən ibarətdir.
Olimpiada 8-ci və 9-cu sinif şagirdləri arasında 2 mərhələdə təşkil olunacaq.
Olimpiadanın I mərhələsində iştirak edəcək komandalar 5 fevral 2023-cü il tarixinədək elektron qeydiyyatdan (https://forms.gle/gM8uRV8nMWrCm5EP7) keçməlidirlər.
Olimpiadanın I mərhələsində (18 fevral) ən yüksək nəticə göstərən 24 komanda olimpiadanın II-final mərhələsində iştirak üçün vəsiqə qazanacaq.
Xəbər lenti
0