CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftəsonu Azərbaycanda 30 kq-a yaxın narkotik ələ keçirilib

© AP Photo / Matt RourkeNarkotik, arxiv şəkli
Narkotik, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.01.2023
Abunə olmaq
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.
BAKI, 30 yanvar — Sputnik. Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddə çəkisi açıqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.
Xəbər lenti
0