https://sputnik.az/20230129/rayon-usaqlarini-komputerle-nece-temin-etmeli-ekspertlerden-optimal-teklifler-451081301.html
"Rayon uşaqları"nı kompüterlə necə təmin etməli? Ekspertlərdən optimal təkliflər
"Rayon uşaqları"nı kompüterlə necə təmin etməli? Ekspertlərdən optimal təkliflər
Sputnik Azərbaycan
Ekspertlər hesab edirlər ki, kompüter biliklərinin məktəb yaşlarından aşılanması məktəblilərin gələcək iş həyatına müsbət təsir edəcək. 29.01.2023, Sputnik Azərbaycan
2023-01-29T08:43+0400
2023-01-29T08:43+0400
2023-01-29T08:43+0400
qiymət
elm
hi-tech
kompüter
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_0:160:3073:1888_1920x0_80_0_0_d0c5af787bedd7c9e53ef2a839d16572.jpg
BAKI, 29 yanvar — Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, regionlarda bəzi gənclərin evində kompüter yoxdur. Texnologiya əsrində daha çox informasiyanın əldə edilməsi, bir çox nüanslarda əlçatanlığın təminatı üçün kompüter nəinki gənclər, elə məktəblilər üçün də çox böyük önəm kəsb edir. Regionlardakı gənclərin, məktəblərin komputerə əlçatanlığını təmin etmək üçün nələr etmək olar və ümumi vəziyyət necədir? Təhsil eksperti Kamran Əsədov bildirir ki, rəsmi məlumata görə, məktəblərdə 83 min kompüter var. Bu isə o deməkdir ki, respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter düşürdü. Yəni, orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Bundan başqa, 40 minə qədər də noutbuk Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərə verilib. Həmçinin, müxtəlif xarici ölkələr də yerli məktəblərə bu cür hədiyyələr verilib. Yaponiya, Koreya, Çini buna misal olaraq göstərmək olar. "Hər il orta məktəblərə, ümumilikdə təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd noutbuk verilir", - deyə o, əlavə edib. K.Əsədov bildirir ki, əsas problem rayonlar üzrə bu rəqəmin az olmasıdır. Yəni, verilən noutbuk və kompüterlər daha çox Bakının payına düşür. Təhsil üzrə digər ekspert Elşən Qafarovun fikrincə, əvvəlcə gəncləri işlə təmin etmək lazımdır ki, onlar lazım olan ehtiyaclarını qarşılaya bilsinlər: "Gənclərin böyük hissəsinin işsiz olması ciddi problemdir. Onların işsizliyini aradan qaldırmaq üçün müxtəlif proqramlar qəbul olunmalıdır. 10-12 il öncə Elm və Təhsil Nazirliyi "Xalq kompüteri" layihəsini elan etmişdi. Müəllimlər bu layihə çərçivəsində faizsiz olaraq kompüterlər əldə edirdilər. Bu tipli layihələr icra edilməlidir". Ekspert deyir ki, xüsusən də regionlarda işləyən gənclərə müxtəlif vergi güzəştləri tətbiq edilməlidir. Məktəblilərin kompüterlə təminatına gəlincə, ekspert hesab edir ki, bu zaman da bənzər proqramlar qəbul olunmalıdır: "Şərtləri daha da yumşaltmaqla, aylıq ödənişi 30-40 manata salmaqla 4 illik kredit müqavilələri bağlana bilər ki, bu da məktəblilərin kompüterə əlçatanlığının təminatında xüsusi rol oynayar". Digər təhsil eksperti Elçin Əfəndiyev deyir ki, rayonlarda da hər bir şagirdin internetə çıxışı təmin olunmalıdır: "Kompüter biliklərinin məktəb yaşlarından aşılanmasının məktəblilərin gələcək iş həyatına da müsbət təsiri ola bilər. Aidiyyəti qurumlar Maliyyə Nazirliyi qarşısında vəsatət qaldıra, müəyyən vəsaitin ayrılmasına nail ola bilərlər. Sahibkarlara da müraciət etmək olar. İcra hakimiyyətləri ilə əlaqə saxlayıb kimdə kompüterin olub-olmamasını öyrənərək siyahı tərtib etmək mümkündür". Bazarda noutbukların qiymətinə gəldikdə isə, ən ucuzu təxminən 600, ən bahalısı isə təxminən 5 min manat civarındadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0e/425714751_170:0:2901:2048_1920x0_80_0_0_b8691c2c1914455b988f8a5ad5abdae7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qiymət, hi-tech, kompüter
qiymət, hi-tech, kompüter
"Rayon uşaqları"nı kompüterlə necə təmin etməli? Ekspertlərdən optimal təkliflər
Ekspertlər hesab edirlər ki, kompüter biliklərinin məktəb yaşlarından aşılanması məktəblilərin gələcək iş həyatına müsbət təsir edəcək.
BAKI, 29 yanvar — Sputnik. Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, regionlarda bəzi gənclərin evində kompüter yoxdur.
Texnologiya əsrində daha çox informasiyanın əldə edilməsi, bir çox nüanslarda əlçatanlığın təminatı üçün kompüter nəinki gənclər, elə məktəblilər üçün də çox böyük önəm kəsb edir.
Regionlardakı gənclərin, məktəblərin komputerə əlçatanlığını təmin etmək üçün nələr etmək olar və ümumi vəziyyət necədir?
Təhsil eksperti Kamran Əsədov bildirir ki, rəsmi məlumata görə, məktəblərdə 83 min kompüter var. Bu isə o deməkdir ki, respublika ərazisində hər 19 şagirdə bir kompüter düşür. Bir neçə il əvvəl hər 20 şagirdə 1 kompüter düşürdü. Yəni, orta məktəblərimizin əksəriyyəti kompüterlə tam təchiz edilib. Bundan başqa, 40 minə qədər də noutbuk Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərə verilib. Həmçinin, müxtəlif xarici ölkələr də yerli məktəblərə bu cür hədiyyələr verilib. Yaponiya, Koreya, Çini buna misal olaraq göstərmək olar.
"Hər il orta məktəblərə, ümumilikdə təhsil müəssisələrinə azı 6000 ədəd kompüter, 3000 ədəd noutbuk verilir", - deyə o, əlavə edib.
K.Əsədov bildirir ki, əsas problem rayonlar üzrə bu rəqəmin az olmasıdır. Yəni, verilən noutbuk və kompüterlər daha çox Bakının payına düşür.
Təhsil üzrə digər ekspert Elşən Qafarovun fikrincə, əvvəlcə gəncləri işlə təmin etmək lazımdır ki, onlar lazım olan ehtiyaclarını qarşılaya bilsinlər:
"Gənclərin böyük hissəsinin işsiz olması ciddi problemdir. Onların işsizliyini aradan qaldırmaq üçün müxtəlif proqramlar qəbul olunmalıdır. 10-12 il öncə Elm və Təhsil Nazirliyi "Xalq kompüteri" layihəsini elan etmişdi. Müəllimlər bu layihə çərçivəsində faizsiz olaraq kompüterlər əldə edirdilər. Bu tipli layihələr icra edilməlidir".
Ekspert deyir ki, xüsusən də regionlarda işləyən gənclərə müxtəlif vergi güzəştləri tətbiq edilməlidir.
Məktəblilərin kompüterlə təminatına gəlincə, ekspert hesab edir ki, bu zaman da bənzər proqramlar qəbul olunmalıdır: "Şərtləri daha da yumşaltmaqla, aylıq ödənişi 30-40 manata salmaqla 4 illik kredit müqavilələri bağlana bilər ki, bu da məktəblilərin kompüterə əlçatanlığının təminatında xüsusi rol oynayar".
Digər təhsil eksperti Elçin Əfəndiyev deyir ki, rayonlarda da hər bir şagirdin internetə çıxışı təmin olunmalıdır:
"Kompüter biliklərinin məktəb yaşlarından aşılanmasının məktəblilərin gələcək iş həyatına da müsbət təsiri ola bilər. Aidiyyəti qurumlar Maliyyə Nazirliyi qarşısında vəsatət qaldıra, müəyyən vəsaitin ayrılmasına nail ola bilərlər. Sahibkarlara da müraciət etmək olar. İcra hakimiyyətləri ilə əlaqə saxlayıb kimdə kompüterin olub-olmamasını öyrənərək siyahı tərtib etmək mümkündür".
Bazarda noutbukların qiymətinə gəldikdə isə, ən ucuzu təxminən 600, ən bahalısı isə təxminən 5 min manat civarındadır.