Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin cədvəlində Şolts ilə danışıqlar yoxdur - Peskov

© Sputnik / Grigorov GavriilRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 29.01.2023
Abunə olmaq
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov, Vladimir Putin və Olaf Şolts arasında hələ ki, qrafik üzrə razılaşdırılmış danışıqların olmadığını bildirib.
BAKI, 29 yanvar — Sputnik. Rusiya Federasiyası və Almaniya liderləri Vladimir Putin və Olaf Şolts arasında Rusiya prezidentinin cədvəlində hələlik telefon danışığı barədə qeyd yoxdur, lakin o, ünsiyyət üçün açıqdır.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu barədə "RİA Novosti"yə bildirib.
Şolts daha əvvəl "Tagesspiegel"ə verdiyi müsahibədə Putinlə telefonla danışmağa davam etmək niyyətində olduğunu bildirib. Şoltsun sözlərinə görə, onlar sonuncu dəfə dekabrın əvvəlində danışıblar və o, yenidən Rusiya prezidenti ilə telefonla danışacaq, "çünki bir-biri ilə danışmaq lazımdır".
"Hələ ki, qrafik üzrə razılaşdırılmış danışıqlar yoxdur. Putin təmaslar üçün açıq olub və qalır", - deyə Peskov "belə bir söhbət artıq planlaşdırılırmı və ümumiyyətlə, prezidentin kansler ilə danışmaq istəyi və ya niyyəti varmı" sualına cavabında deyib.
Xəbər lenti
0