https://sputnik.az/20230128/sefirliye-terror-hucumunda-sehid-olan-orxan-esgerov-harada-defn-edilecek-451138830.html
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərov harada dəfn ediləcək?
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərov harada dəfn ediləcək?
Sputnik Azərbaycan
Orxan Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir. 28.01.2023, Sputnik Azərbaycan
2023-01-28T13:50+0400
2023-01-28T13:50+0400
2023-01-28T13:50+0400
azərbaycan xəbərləri
iran
səfirlik
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451138967_0:0:620:349_1920x0_80_0_0_db13128ebf6461b74c779a371501661e.jpg
BAKI, 28 yanvar - Sputnik. İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərov Azərbaycanda II Şəhidlər Xiyabanında dəfn ediləcək. Bu barədə Sputnik Azərbaycan-a 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən millət vəkili Naqif Həmzəyev bildirib. O deyib ki, Orxanın ailəsi Ermənistandan deportasiya nəticəsində Gəncədə məskunlaşsa da, hazırda ailəsi Bakıda yaşayır. Ona görə də, Orxan Bakıdakı II Şəhidlər Xiyabanında dəfn ediləcək: "Hələki Orxanın cənazəsi Azərbaycan-a gətirilməyib. Gətirildikdən sonra şəhidimiz Azərbaycan xalqının qürur yeri olan II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq”.Mərhumun bibisi İlhamə Əsgərova mətbuata çıqlamasında Orxanın cənazəsinin Azərbaycana gətirilməsinin İran tərəfdən asılı olduğunu söyləyib. 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir. Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.***Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.Yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.Mərasim üçün çadırlar qurulub.O.Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1c/451138967_69:0:620:413_1920x0_80_0_0_e093d487a399f45065c98681cdc1015c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, səfirlik
Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərov harada dəfn ediləcək?
Orxan Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.
BAKI, 28 yanvar - Sputnik. İrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı şəhid olmuş səfirlik əməkdaşı, baş leytenant Orxan Əsgərov Azərbaycanda II Şəhidlər Xiyabanında dəfn ediləcək.
Bu barədə Sputnik Azərbaycan-a 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən millət vəkili Naqif Həmzəyev bildirib. O deyib ki, Orxanın ailəsi Ermənistandan deportasiya nəticəsində Gəncədə məskunlaşsa da, hazırda ailəsi Bakıda yaşayır. Ona görə də, Orxan Bakıdakı II Şəhidlər Xiyabanında dəfn ediləcək:
"Hələki Orxanın cənazəsi Azərbaycan-a gətirilməyib. Gətirildikdən sonra şəhidimiz Azərbaycan xalqının qürur yeri olan II Şəhidlər Xiyabanında torpağa tapşırılacaq”.
Mərhumun bibisi İlhamə Əsgərova mətbuata çıqlamasında Orxanın cənazəsinin Azərbaycana gətirilməsinin İran tərəfdən asılı olduğunu söyləyib.
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.
Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
Yas mərasimi mərhumun qardaşının Yeni Yasamal qəsəbəsində yaşadığı ünvanda təşkil olunub.
Mərasim üçün çadırlar qurulub.
O.Əsgərovun ata evi Gəncədə olsa da, o, II Fəxri Xiyabanda dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.
Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.