QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mina qurbanlarının sayı açıqlandı

© AR Ministry of DefenceLaçın rayonu ərazisində aşkar edilmiş piyada əleyhinə mina, arxiv şəkli
Laçın rayonu ərazisində aşkar edilmiş piyada əleyhinə mina, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Baş Prokurorluqda 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
BAKI, 27 yanvar — Sputnik. İkinci Qarabağ müharibəsi başa çatandan indiyədək mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər xəsarət alıb.
Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında çıxışı zamanı deyib.
K.Əliyev bildirib ki, 2020-ci ilin noyabr ayından mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olub, 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0