https://sputnik.az/20230127/dondurulmus-rusiya-aktivlerinin-istifadesi-murekkeb-huquqi-problemler-yaradir---menbe-451108117.html
Dondurulmuş Rusiya aktivlərinin istifadəsi mürəkkəb hüquqi problemlər yaradır - mənbə
Dondurulmuş Rusiya aktivlərinin istifadəsi mürəkkəb hüquqi problemlər yaradır - mənbə
Sputnik Azərbaycan
Bu günə qədər Avropa İttifaqının bu cür hərəkətləri üçün heç bir qanunvericilik bazası yoxdur. 27.01.2023, Sputnik Azərbaycan
2023-01-27T16:10+0400
2023-01-27T16:10+0400
2023-01-27T16:13+0400
rusiya
rusiya
aktiv
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_0:0:2741:1541_1920x0_80_0_0_360ccfd2a341ae64fc231b344fc42c45.jpg
BAKI, 27 yanvar — Sputnik. Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin mümkün istifadəsi mürəkkəb hüquqi məsələlərlə bağlıdır. Bu mövzunun müzakirəsi müxtəlif Avropa qurumlarında davam edir. Aİ-dəki mənbə bu barədə "RİA Novosti"yə bildirib. Çərşənbə günü daimi nümayəndələr dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması ehtiyacları üçün necə istifadə ediləcəyi ilə bağlı "ən müasir vəziyyət"lə əlaqədar müzakirələri davam etdiriblər. Ötən həftə Avropa Parlamenti Fransada keçirilən plenar iclasında "Ukrayna üzrə xüsusi tribunal"ın yaradılmasını, habelə Rusiyanın Qərbdə dondurulmuş dövlət aktivlərinin Ukraynaya "təzminat" ödəmək üçün istifadə edilməsini tələb edən, qanuni cəhətdən məcburi olmayan qətnaməni təsdiqləyib. O qeyd edib ki, Rusiya aktivlərindən istifadə variantları həm Aİ qanunvericiliyi, həm də beynəlxalq hüquq çərçivəsində müzakirə olunur. "Avropa Şurası Avropa Komissiyasına, Aİ diplomatiyasının başçısına və Aİ Şurasına aqressiya cinayətinə görə təqibin bütün beynəlxalq ictimaiyyəti narahat etdiyini nəzərə alaraq, Aİ qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq müvafiq işlər görməyi tapşırıb", - deyə mənbə izah edib. Rusiya fevralın 24-dən Ukraynada hərbi xüsusi əməliyyat keçirir. Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Prezidentin sözlərinə görə, əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır. Almaniya kansleri Olaf Şolts ötən ilin avqustunda bildirib ki, Ukraynanın bərpası "Marşal planı"ndan daha iddialı olacaq və milyardlarla vəsaitə başa gələcək, halbuki sülhün əldə edilməsi məsələləri yalnız ukraynalıların səlahiyyətindədir. Şolts bildirib ki, Ukraynanın bərpası üçün bu proqramın müzakirəsi G7 və Aİ arasında aparılır. G7 ölkələri daha əvvəl Rusiyanın aktivlərini Ukraynanın yenidən qurulmasına yönəltmək yollarını araşdırmağı məqsədəuyğun hesab etdiklərini bildiriblər. Dekabrda G7 ölkələri Ukraynanın bərpası və yenidən qurulması prosesini dəstəkləmək üçün koordinasiya platformasının yaradılmasını elan ediblər. Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası ehtiyacları üçün mümkün istifadəsinin öyrənilməsi barədə Aİ-də dəfələrlə məlumat verilmişdi, lakin bu günə qədər Avropa İttifaqının bu cür hərəkətləri üçün heç bir qanunvericilik bazası yoxdur. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını "oğurluq" adlandırıb və qeyd edib ki, bu, mövcud fenomenin baş verdiyi ilk il deyil və Aİ təkcə şəxsi vəsaitləri deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfə alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_7:0:2062:1541_1920x0_80_0_0_cd49504cf7a5b168c5c4789ac7d84d35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, aktiv, avropa ittifaqı
rusiya, aktiv, avropa ittifaqı
Dondurulmuş Rusiya aktivlərinin istifadəsi mürəkkəb hüquqi problemlər yaradır - mənbə
16:10 27.01.2023 (Yenilənib: 16:13 27.01.2023) Bu günə qədər Avropa İttifaqının bu cür hərəkətləri üçün heç bir qanunvericilik bazası yoxdur.
BAKI, 27 yanvar — Sputnik. Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin mümkün istifadəsi mürəkkəb hüquqi məsələlərlə bağlıdır. Bu mövzunun müzakirəsi müxtəlif Avropa qurumlarında davam edir.
Aİ-dəki mənbə bu barədə "RİA Novosti"yə bildirib.
Çərşənbə günü daimi nümayəndələr dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması ehtiyacları üçün necə istifadə ediləcəyi ilə bağlı "ən müasir vəziyyət"lə əlaqədar müzakirələri davam etdiriblər. Ötən həftə Avropa Parlamenti Fransada keçirilən plenar iclasında "Ukrayna üzrə xüsusi tribunal"ın yaradılmasını, habelə Rusiyanın Qərbdə dondurulmuş dövlət aktivlərinin Ukraynaya "təzminat" ödəmək üçün istifadə edilməsini tələb edən, qanuni cəhətdən məcburi olmayan qətnaməni təsdiqləyib.
"Aİ həmfikir tərəfdaşları ilə birlikdə Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə imkanlarını araşdırır və müzakirə edir. Qaldırılan hüquqi məsələlər kifayət qədər mürəkkəbdir, bu müzakirə davam etdiriləcək", - deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, Rusiya aktivlərindən istifadə variantları həm Aİ qanunvericiliyi, həm də beynəlxalq hüquq çərçivəsində müzakirə olunur.
"Avropa Şurası Avropa Komissiyasına, Aİ diplomatiyasının başçısına və Aİ Şurasına aqressiya cinayətinə görə təqibin bütün beynəlxalq ictimaiyyəti narahat etdiyini nəzərə alaraq, Aİ qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq müvafiq işlər görməyi tapşırıb", - deyə mənbə izah edib.
Rusiya fevralın 24-dən Ukraynada hərbi xüsusi əməliyyat keçirir. Rusiya Prezidenti Vladimir Putin onun vəzifəsini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Prezidentin sözlərinə görə, əməliyyatın son məqsədi Donbasın azad edilməsi və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasıdır.
Almaniya kansleri Olaf Şolts ötən ilin avqustunda bildirib ki, Ukraynanın bərpası "Marşal planı"ndan daha iddialı olacaq və milyardlarla vəsaitə başa gələcək, halbuki sülhün əldə edilməsi məsələləri yalnız ukraynalıların səlahiyyətindədir. Şolts bildirib ki, Ukraynanın bərpası üçün bu proqramın müzakirəsi G7 və Aİ arasında aparılır.
G7 ölkələri daha əvvəl Rusiyanın aktivlərini Ukraynanın yenidən qurulmasına yönəltmək yollarını araşdırmağı məqsədəuyğun hesab etdiklərini bildiriblər. Dekabrda G7 ölkələri Ukraynanın bərpası və yenidən qurulması prosesini dəstəkləmək üçün koordinasiya platformasının yaradılmasını elan ediblər.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası ehtiyacları üçün mümkün istifadəsinin öyrənilməsi barədə Aİ-də dəfələrlə məlumat verilmişdi, lakin bu günə qədər Avropa İttifaqının bu cür hərəkətləri üçün heç bir qanunvericilik bazası yoxdur.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını "oğurluq" adlandırıb və qeyd edib ki, bu, mövcud fenomenin baş verdiyi ilk il deyil və Aİ təkcə şəxsi vəsaitləri deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəfə alıb.