Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanın İrandakı səfiri silahlı hücumla bağlı məlumat yayıb

© AFP 2023Azərbaycanın İrandakı səfirliyi
Azərbaycanın İrandakı səfirliyi - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Azərbaycanın İrandakı səfiri Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adından və səfirliyin əməkdaşları adından dərin hüznlə başsağlığı verib.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı "Facebook"* profilindən məlumat yayıb.
O bildirib ki, səfirliyə edilmiş silahlı hücum nəticəsində dəyərli əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirilib, 2 əməkdaşı yaralanıb:
"Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.
Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!" - deyə o bildirib.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Xəbər lenti
0