Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan səfirliyinə hücum edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirik - RF XİN

© Sputnik / Евгений ОдиноковRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2023
Abunə olmaq
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
BAKI, 27 yanvar - Sputnik. Moskva Azərbaycanın İrandakı səfirliyinə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını gözləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı bəyanatda bildirilir.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi cümə günü Azərbaycanın İrandakı səfirliyinə hücum nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı barədə məlumat yayıb.
“Biz Tehrandakı Azərbaycan səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı veririk. Daxil olan məlumata görə, bu gün səhər saatlarında avtomatla silahlanmış şəxs diplomatik nümayəndəliyin binasına daxil olaraq atəş açıb. Nəticədə Azərbaycan diplomatik missiyasının bir əməkdaşı həlak olub, onun daha iki həmkarı yaralanıb. Hücum edən şəxs Tehran polisi tərəfindən saxlanılıb, araşdırma aparılır. Ümid edirik ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaqlar”, - bu barədə nazirliyin saytındakı şərhdə bildirilir.
“Hadisə 1961-ci il 18 aprel tarixli Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin diplomatik nümayəndəliklərin təhlükəsiz fəaliyyətinin qəbul edən dövlətin hakimiyyət orqanları tərəfindən təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir”, - deyə diplomatik departamentdən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova azərbaycanlı həmkarlarına başsağlığı verib:
"Azərbaycan səfirliyinə növbəti hücum zamanı bir təhlükəsizlik əməkdaşının həlak olması bizi sarsıtdı. Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!", - deyə o, Telegram kanalında yazıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0