Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Pentaqonun keçmiş müşaviri: XHƏ başladıqdan sonra ABŞ ümidsizliyə qapılıb

© AP Photo / Charles DharapakPentqaon
Pentqaon - Sputnik Azərbaycan, 1920, 26.01.2023
Abunə olmaq
Qərb Rusiya liderinin vaxtında və savadlı addımları sayəsində Moskvanı iqtisadi cəhətdən təcrid edə və ona strateji məğlubiyyət verə bilməyib.
BAKI, 26 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin Ukraynada Rusiyanın maraqlarını qorumaq üçün xüsusi hərbi əməliyyat keçirmək qərarına görə ABŞ çətin vəziyyətə düşüb.
Bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor özünün "YouTube" kanalında bildirib.
Onun sözlərinə görə, Qərb Rusiya liderinin vaxtında və savadlı addımları sayəsində Moskvanı iqtisadi cəhətdən təcrid edə və ona strateji məğlubiyyət verə bilməyib.
Makqreqor, onu da əlavə edib ki, rus ordusu cənubda öz mövqelərini tədricən gücləndirir və bu, sonda Ukrayna təhlükəsizlik qüvvələrinin böyük itkilərinə səbəb olub.
Bundan əvvəl o, bildirib ki, ABŞ Ukraynanın məğlubiyyətinin yaxınlığını anlayır və buna görə də Avropadakı müttəfiqlərini Ukraynanı daha çox hərbi texnika ilə təchiz etməyə çağırır. "Kiyev qaçılmaz olaraq məğlubiyyətə doğru irəliləyir. Amerika isteblişmenti isə "bu əzabın necə uzadılacağını" anlamağa çalışır", - deyə o qeyd edib.
Xəbər lenti
0