DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanda 12 dövlət məmuru həbs edildi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidİrəvana mənzərə
İrəvana mənzərə - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər bir qrup DGK məmuru müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarını himayə ediblər.
BAKI, 25 yanvar — Sputnik. Ermənistan Dövlət Gəlirləri Komitəsinin əməkdaşları sahibkarlıq subyektlərindən külli miqdarda rüşvət alarkən tutulublar. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Cinayət işi üzrə ümumilikdə 15 vergi məmuru ittiham olunur, onlardan 12 nəfəri məhkəmənin qərarı ilə həbs edilib.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər bir qrup DGK məmuru müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarını himayə ediblər. İş adamları yükdaşımanın real dövriyyəsini və həcmini gizlətmək, habelə vergi və gömrük rüsumlarını ödəməmək müqabilində vergi müfəttişlərinə külli miqdarda rüşvət veriblər.
İstintaq zamanı o da müəyyən edilib ki, Dövlət Gəlirləri Komitəsinin yüksək rütbəli məmuru tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilə-bilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə ondan pul mükafatı alıb.
İlkin istintaq çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə edilib, həmçinin bir neçə qanunsuz odlu silah-sursat götürülüb. İbtidai istintaq davam edir.
Xəbər lenti
0