Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət Vergi Xidmətinə faktiki şikayətlərin sayı azalıb

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi - Sputnik Azərbaycan, 1920, 25.01.2023
Abunə olmaq
Ümumilikdə ötən il vergi orqanlarına 284494 müraciət daxil olub ki, bunun da 91,3%-i ərizə, 8,6%-i şikayət, 0,1%-i təklif olub.
BAKI, 25 yanvar — Sputnik. 2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş faktiki şikayətlərin sayı 2021-ci illə müqayisədə 9% az olub.
Bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, həll edilmiş faktiki şikayətlərin 91%-i kameral vergi yoxlamaları, qalanları maliyyə sanksiyasının silinməsi, vergi borcları, vergi ödəyicisinin qeydiyyatı, vergi mükəlləfiyyəti, təsdiqlənməmiş azalma, şəxsi hesab vərəqələri və s. məsələlər ilə bağlı olub.
Ümumilikdə ötən il vergi orqanlarına 284494 müraciət daxil olub ki, bunun da 91,3%-i ərizə, 8,6%-i şikayət, 0,1%-i təklif olub. Daxil olmuş müraciətlərdən 98,4%-nin baxılması 2022-ci ildə başa çatdırılıb, 1,6%-i icradadır. Baxılmış müraciətlərdən 66,4%-i həll olunub, 29,4%-i barədə müvafiq izahat verilib, qalanları haqqında qanunvericiliyə uyğun qərarlar qəbul olunub.
Hesabat dövründə Prezident Administrasiyasından Dövlət Vergi Xidmətinə 696 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% azdır. Daxil olmuş müraciətlərdən 96,8%-nin baxılması həmin dövrdə başa çatdırılıb, 3,2%-i isə icradadır. Müraciətlər əsasən, vergidən yayınma halları, nağd hesablaşmaların aparılması qaydalarının pozulması və qanunsuz sahibkarlıq fəaliyyəti, vergi borcu, vergi ödəyicisinin fəaliyyəti, kameral vergi yoxlamaları, operativ vergi nəzarəti, artıq ödənilmiş vergilərin qaytarılması, vergi ödəyicisinin qeydiyyatı və digər məsələlərlə bağlı olub.
Ötən il Dövlət Vergi Xidmətinin Aparatında vəzifəli şəxslər ümumilikdə 493 vətəndaşı qəbul edib, onların müraciətinə fərdi yanaşılıb, qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli mümkü olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.
Xəbər lenti
0