https://sputnik.az/20230125/agir-enerji-bohrani-azerbaycanin-ehemiyyetini-daha-da-artirib---peter-siyarto-451024889.html
Ağır enerji böhranı Azərbaycanın əhəmiyyətini daha da artırıb - Peter Siyarto
Ağır enerji böhranı Azərbaycanın əhəmiyyətini daha da artırıb - Peter Siyarto
Sputnik Azərbaycan
O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və orta müddət üçün təchizat xətlərini diversifikasiya etməyə imkan yaradıb. 25.01.2023, Sputnik Azərbaycan
2023-01-25T15:02+0400
2023-01-25T15:02+0400
2023-01-25T15:02+0400
macarıstan
azərbaycan xəbərləri
azərbaycan
enerji
https://cdnn1.img.sputnik.az/img/07e7/01/19/451024728_0:160:3073:1888_1920x0_80_0_0_617a65afdbb3d7c1b8751bed08c7a365.jpg
BAKI, 25 yanvar — Sputnik. Ağır enerji böhranı Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib. O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və orta müddət üçün təchizat xətlərini diversifikasiya etməyə imkan yaradıb. "Hər kəs üçün aydındır ki, diversifikasiya haqqında sadəcə danışmaq yetmir, artıq hərəkətə keçmək zamanıdır. Əgər Avropa yeni enerji mənbələri, enerji təchizatı marşrutları əldə edə bilmirsə, enerji təchizatı təhlükəsiz olmayacaq", - Siyarto bildirib. Macar nazir əlavə edib ki, Azərbaycan təbii qazını ən qısa zamanda əldə etmək Macarıstanın marağındadır. Siyarto, Azərbaycan təbii qazının Macarıstana tədarükünə dair iki ölkənin şirkətləri arasında artıq danışıqların başladığını da vurğulayıb. Qeyd edək ki, ötən gün Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/19/451024728_170:0:2901:2048_1920x0_80_0_0_92b61bfcc5c50c644f50a8fb40a2b340.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
macarıstan, azərbaycan, enerji
macarıstan, azərbaycan, enerji
Ağır enerji böhranı Azərbaycanın əhəmiyyətini daha da artırıb - Peter Siyarto
O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və orta müddət üçün təchizat xətlərini diversifikasiya etməyə imkan yaradıb.
BAKI, 25 yanvar — Sputnik. Ağır enerji böhranı Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırıb.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, Azərbaycanın təbii qaz istehsalatındakı artım Avropaya qısa və orta müddət üçün təchizat xətlərini diversifikasiya etməyə imkan yaradıb.
"Hər kəs üçün aydındır ki, diversifikasiya haqqında sadəcə danışmaq yetmir, artıq hərəkətə keçmək zamanıdır. Əgər Avropa yeni enerji mənbələri, enerji təchizatı marşrutları əldə edə bilmirsə, enerji təchizatı təhlükəsiz olmayacaq", - Siyarto bildirib.
Macar nazir əlavə edib ki, Azərbaycan təbii qazını ən qısa zamanda əldə etmək Macarıstanın marağındadır.
Siyarto, Azərbaycan təbii qazının Macarıstana tədarükünə dair iki ölkənin şirkətləri arasında artıq danışıqların başladığını da vurğulayıb.
Qeyd edək ki, ötən gün Peter Siyarto Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. (APA)