https://sputnik.az/20230124/qerbin-maliyye-mexanizmlerine-etibar-etmek-olmaz--lavrov-450991802.html
Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz – Lavrov
Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz – Lavrov
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri bildirib ki, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən... 24.01.2023, Sputnik Azərbaycan
2023-01-24T16:51+0400
2023-01-24T16:51+0400
2023-01-24T16:52+0400
rusiya
brics
valyuta
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_0:193:2955:1855_1920x0_80_0_0_f4cf826b5b2f3fa08703094004672507.jpg
BAKI, 24 yanvar — Sputnik. Ani məqsəd naminə hər an aldatmağa hazır olan Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz, buna görə də BRICS-də artıq vahid valyutanın yaradılması barədə fikirlər yaranıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib. Onun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən maraqları qorumaq yollarını axtarmaq lazımdır. "Mən ilk növbədə dolların rolunu nəzərdə tuturam", - deyə Lavrov bildirib. Braziliya Prezidenti Luis İnasio Lula da Silva bazar ertəsi ittifaq daxilində hesablamalarda istifadə üçün vahid "MERCOSUR" valyutasının yaradılması imkanı barədə düşünməyi təklif edib. O xatırladıb ki, bu cür müzakirələr BRICS tərəfindən aparılır.Braziliya prezidenti qeyd edib ki, belə valyutaların yaradılması dollardan asılılığı azaltmağa və ticarəti asanlaşdırmağa kömək etməlidir. MRA reytinq xidmətinin idarəedici direktoru Sergey Qrişunin RİA Novosti-yə şərhində BRICS ölkələrinin tam hüquqlu vahid valyutasının 2050-ci ildən əvvəl görünə bilməyəcəyini və çox güman ki, rəqəmsal olacağını, yaxın gələcəkdə isə yuanın üstünlük təşkil edəcəyi ittifaq ölkələrinin valyuta səbətinin yaranmasının tamamilə mümkün olacağını söyləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_113:0:2842:2047_1920x0_80_0_0_a3cd3c4f8b03501bf47985113741b97a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
brics, valyuta, rusiya xin rəhbəri sergey lavrov
brics, valyuta, rusiya xin rəhbəri sergey lavrov
Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz – Lavrov
16:51 24.01.2023 (Yenilənib: 16:52 24.01.2023) Rusiya xarici işlər naziri bildirib ki, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən maraqları qorumaq yollarını axtarmaq lazımdır.
BAKI, 24 yanvar — Sputnik. Ani məqsəd naminə hər an aldatmağa hazır olan Qərbin maliyyə mexanizmlərinə etibar etmək olmaz, buna görə də BRICS-də artıq vahid valyutanın yaradılması barədə fikirlər yaranıb. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
Onun fikrincə, Qərbin kobud şəkildə sui-istifadə etdiyi qloballaşma modeli çərçivəsində yaratdığı mexanizmlərin üstünlüyündən maraqları qorumaq yollarını axtarmaq lazımdır.
"Mən ilk növbədə dolların rolunu nəzərdə tuturam", - deyə Lavrov bildirib.
"BRICS ölkələri arasında hesablamalarda milli valyutaların payı artıq fəal şəkildə artır. Artıq BRICS ölkələrində öz valyutalarının yaradılması üzərində işləmək zərurəti ilə bağlı təşəbbüslər elan edilir. Səbəb çox sadədir - hər an aldada bilən, öhdəliklərindən imtina edənlərin əlində olan mexanizmlərə etibar etmək olmaz", - deyə nazir bildirib.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva bazar ertəsi ittifaq daxilində hesablamalarda istifadə üçün vahid "MERCOSUR" valyutasının yaradılması imkanı barədə düşünməyi təklif edib. O xatırladıb ki, bu cür müzakirələr BRICS tərəfindən aparılır.
Braziliya prezidenti qeyd edib ki, belə valyutaların yaradılması dollardan asılılığı azaltmağa və ticarəti asanlaşdırmağa kömək etməlidir.
MRA reytinq xidmətinin idarəedici direktoru Sergey Qrişunin RİA Novosti-yə şərhində BRICS ölkələrinin tam hüquqlu vahid valyutasının 2050-ci ildən əvvəl görünə bilməyəcəyini və çox güman ki, rəqəmsal olacağını, yaxın gələcəkdə isə yuanın üstünlük təşkil edəcəyi ittifaq ölkələrinin valyuta səbətinin yaranmasının tamamilə mümkün olacağını söyləyib.