Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan azad edilmiş ərazilərin bərpasında Macarıstanın iştirakını müzakirə edib

© Sputnik / Murad OrujovMikayıl Cabbarov
Mikayıl Cabbarov - Sputnik Azərbaycan, 1920, 24.01.2023
Abunə olmaq
Nazirin sözlərinə görə, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyəti vurğulanıb
BAKI, 24 yanvar — Sputnik. Azərbaycan Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpa prosesində iştirakını müzakirə edib.
Bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Nazirin sözlərinə görə, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərə töhfə verən təşəbbüslərin əhəmiyyəti vurğulanıb:

"İqtisadi-ticarət əlaqələrinin təşviqi, Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı və ölkəmizin tranzit potensialından istifadə imkanları barədə müzakirə apardıq".

Azərbaycan və Macarıstan arasında münasibətlər
Xatırladaq ki, Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulub.
Azərbaycanın Macarıstandakı səfirliyi 1 sentyabr 2004-cü ildə təsis olunub.
Macarıstanın Azərbaycandakı səfirliyi 12 yanvar 2009-cu ildə təsis olunub.
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Xəbər lenti
0