Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Yaponiya ikitərəfli münasibətlərdə konstruktivlik nümayiş etdirmir

© Sputnik / Сергей ГунеевRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 23.01.2023
Xəbərlərə abunə olun
НовостиTelegram
Ötən il martın 21-də Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini açıqlamışdı.
BAKI, 23 yanvar — Sputnik. Yaponiya çox fəal şəkildə Rusiyaya dost olmayan dövlətlər düşərgəsinə qoşulub, ikitərəfli münasibətlərdə konstruktivlik nümayiş etdirmir. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Fakt budur ki, Yaponiya bizim üçün dost olmayan ölkələrə çevrilmiş dövlətlər düşərgəsinə çox fəal şəkildə qoşulub. Bu ölkə öz hərəkətləri ilə ikitərəfli münasibətlər baxımından heç bir konstruktivlik nümayiş etdirmir", - Peskov jurnalistlərə Tokio ilə sülh müqaviləsi ilə bağlı danışıqların perspektivləri barədə sualı cavablandırarkən deyib.
Ötən il martın 21-də Rusiya Xarici İşlər Nazirliyi rəsmi Moskvanın Tokionun qeyri-dost addımlarına cavab olaraq Yaponiya ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini, Yaponiya vətəndaşlarının Kuril adalarının cənubuna vizasız gediş-gəlişini dayandırdığını açıqlamışdı. Cənubi Kurilaxda birgə iqtisadi fəaliyyətin qurulması üzrə Yaponiya ilə dialoqdan çxıdığını açıqlamışdı.
Rusiyanın cənubi Kuril adalarının sakinləri ilə Yaponiya arasında vizasız mübadilə iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq, sülh müqaviləsi bağlamaq məsələsini həll etmək üçün hökumətlərarası saziş əsasında 1992-ci ildə başlayıb. Səfərlər vizasız, xüsusi əlavəli milli pasportla həyata keçirilir. İlk dəfə Yaponiyadan Kuril adalarına çarter reysi 2017-ci ilin sentyabrında baş tutub.
Yaponiya 1855-ci il tarixli Ticarət və Sərhədlər haqqında ikitərəfli Traktata istinad edərək Kunaşir, Şikotan, İturup və Habomai adalarına iddia edir. Tokio Rusiya Federasiyası ilə İkinci Dünya Müharibəsinin sonunda heç vaxt imzalanmamış sülh müqaviləsi bağlamaq üçün adaların geri qaytarılmasını şərt kimi qoyub.
1956-cı ildə SSRİ və Yaponiya birgə bəyannamə imzalayıblar və Moskva sülh müqaviləsi bağlanacağı təqdirdə iki adanın Yaponiyaya verilməsi imkanını nəzərdən keçirməyə razılaşıb. SSRİ buna son qoymağa ümid edirdi, Yaponiya isə bütün adalara olan iddialarından əl çəkmədən sövdələşməni problemin həllinin yalnız bir hissəsi hesab edirdi. Sonrakı danışıqlar heç bir nəticə vermədi. Moskvanın mövqeyi ondan ibarətdir ki, adalar İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin tərkibinə daxil olub və Rusiya Federasiyasının onlar üzərində suverenliyi şübhə doğurmur.
Xəbər lenti
0