Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Pakistan neft ticarəti üçün logistika yaratmalıdırlar - Şulqinov

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Federasiyasının Energetika Naziri Nikolay Şulqinov
Rusiya Federasiyasının Energetika Naziri Nikolay Şulqinov - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Energetika Naziri qeyd edib ki, Pakistanın Rusiyadan SMQ alması ilə bağlı ölkənin maraq göstərdiyi saziş kommersiya danışıqlarına aiddir.
BAKI, 18 yanvar — Sputnik. Rusiya nefti üçün endirimlərin ölçüsü kommersiya müstəvisindədir, tam həcmdə neft ticarəti üçün Rusiya və Pakistan logistika qurmalıdırlar. Bunu Rusiya Federasiyasının Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov bildirib.
Yanvarın 18-20-də Pakistanın paytaxtı İslamabadda ticari-iqtisadi əməkdaşlıq üzrə Rusiya-Pakistan hökumətlərarası komissiyasının iclası keçiriləcək. Rusiyanı Şulqinov, Pakistanı isə iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq təmsil edəcək.

"Rusiya nefti ilə ticarəti tam şəkildə qura bilmək üçün bir sıra maddi-texniki və maliyyə məsələlərini həll etmək lazımdır. Hazırda mütəxəssislərimiz bunun üzərində işləyirlər ki, hər şey qarşılıqlı faydalı əsasda olsun", - Şulqinov Pakistanın "The Nation" qəzetinə müsahibəsində deyib.

"Neftin alınması, endirimlərin səviyyəsi kommersiya məsələsidir", - Şulqinov qeyd edib.
Şulqinov həmçinin qeyd edib ki, Pakistanın Rusiyadan sıxılmış maye qaz (SMQ) alması ilə bağlı ölkənin maraq göstərdiyi saziş kommersiya danışıqlarına aiddir. Onun sözlərinə görə, tərəflər razılaşma əldə edəndən sonra tədarükü gözləmək olar.
"Rusiya SMQ-nin həcminin böyük hissəsini uzunmüddətli müqavilələr əsasında satır. Amma spot həcmlər də var və onlar razılaşdırıla bilər. Məqsədimiz 2030-cu ilə qədər hər il ən azı 100 milyon ton S səviyyəsinə nail olmaqdır. Bizim fikrimizcə, Pakistanda qaza tələbatın artdığını nəzərə alsaq, danışıqlar aparıla biləcək əlavə həcmlər mövcuddur", - nazir əlavə edib.
Xəbər lenti
0