Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kosaçev: Blinkenin bəyanatı Ukrayna faciəsinə görə məsuliyyət daşıdığını göstərir

© AFP 2024 / OLIVIER DOULIERYABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiyanın Kiyevdən yeni ərazi reallıqlarını tanıması tələbi Ukrayna üzrə danışıqlar prosesinin qurulmasına imkan vermir.
BAKI, 18 yanvar — Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin Kiyev və Moskva arasında yeni ərazi reallıqları üzrə danışıqların mümkünsüzlüyü ilə bağlı bəyanatı Ukraynaya kimin nəzarət etməsinə, danışıqlara kimin mane olmasına şübhə yeri qoymur. Bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçov bildirib.
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiyanın Kiyevdən yeni ərazi reallıqlarını tanıması tələbi Ukrayna üzrə danışıqlar prosesinin qurulmasına imkan vermir.
"ABŞ dövlət katibi Blinkenin "Rusiyanın Ukraynadan yeni ərazi reallıqlarının tanınması tələbləri qəbuledilməzdir və danışıqlar prosesinə imkan vermir" bəyanatı birincisi, Ukraynaya kimin nəzarət etməsini göstərir, ikincisi kimin danışıqlara əngəl törətməsi barədə zərrə qədər şübhə yaratmır. Üçüncüsü isə, kimin Ukrayna faciəsinə görə məsuliyyət daşıdığını nümayiş etdirir", - Kosaçev "Telegram" kanalında yazıb.
Xəbər lenti
0