https://sputnik.az/20230117/azerbaycanin-bank-sektoru-kecen-ilin-on-bir-ayinda-nece-inkisaf-edib-450755274.html
Azərbaycanın bank sektoru keçən ilin on bir ayında necə inkişaf edib
Azərbaycanın bank sektoru keçən ilin on bir ayında necə inkişaf edib
Azərbaycan Respublikasının bank sektorunun öhdəlikləri 2022-ci ilin 11 ayı ərzində 30,5% artaraq 39,9 milyard manata çatıb. Sahənin digər göstəricilərində baş... 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T17:03+0400
2023-01-17T17:03+0400
2023-01-17T17:04+0400
azərbaycan
infoqrafika
bank
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/17/448894640_0:0:268:152_1920x0_80_0_0_cc877d8fee65b697b49c6539559234ab.png
2022-ci ilin 11 ayının yekunlarına görə, Azərbaycanın bank sektorunun aktivləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 45,4 milyard manat təşkil edib. Bu rəqəm rekord göstəricidir. Bundan əlavə, bank sektorunun kredit portfeli 22,3% artıb. Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,5% artaraq 39,9 milyard manata, o cümlədən depozit portfeli 32,8% artaraq 32,8 milyard manata çatıb. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektorunun xalis mənfəəti 859,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. Qeyd olunan dövrdə Azərbaycan banklarının əməliyyat gəlirləri 31,7% artaraq 3,5 milyard manata, əməliyyat xərcləri isə 27,6% artaraq 2,2 milyard manata çatıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/17/448894617_0:0:269:202_1920x0_80_0_0_18cf093a7d72255f36596e1da5dab38b.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
azərbaycan, инфографика, bank
azərbaycan, инфографика, bank
Azərbaycanın bank sektoru keçən ilin on bir ayında necə inkişaf edib
17:03 17.01.2023 (Yenilənib: 17:04 17.01.2023) Azərbaycan Respublikasının bank sektorunun öhdəlikləri 2022-ci ilin 11 ayı ərzində 30,5% artaraq 39,9 milyard manata çatıb. Sahənin digər göstəricilərində baş verən dəyişikliklər haqqında Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin 11 ayının yekunlarına görə, Azərbaycanın bank sektorunun aktivləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,8% artaraq 45,4 milyard manat təşkil edib. Bu rəqəm rekord göstəricidir.
Bundan əlavə, bank sektorunun kredit portfeli 22,3% artıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 30,5% artaraq 39,9 milyard manata, o cümlədən depozit portfeli 32,8% artaraq 32,8 milyard manata çatıb.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın bank sektorunun xalis mənfəəti 859,4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur.
Qeyd olunan dövrdə Azərbaycan banklarının əməliyyat gəlirləri 31,7% artaraq 3,5 milyard manata, əməliyyat xərcləri isə 27,6% artaraq 2,2 milyard manata çatıb.