Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukrayna tərəfi “taxıl sövdələşməsi” çərçivəsində təxribat hazırlayır - RF

© Sputnik / Евгений Биятов / Mediabanka keçidRusiya Müdafiə Nazirliyinin binası
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
Xarkov vilayətinin Volçansk şəhərində təxribata hazırlaşmaq üçün ümumilikdə 30 nəfərə yaxın Ukraynanın mina-partlayış işləri üzrə mütəxəssisləri və UTX zabitlərindən ibarət qrupun gəldiyi bildirilir.
BAKI, 15 yanvar - Sputnik. Ukrayna xüsusi xidmət orqanları taxıl müqaviləsi çərçivəsində Rusiya Federasiyasını nüfuzdan salmaq üçün təxribat hazırlayır. Bu barədə İnterfax Rusiya hərbilərinə istinadən xəbər yayıb.
“Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın taxıl sövdələşməsi və Ukraynada “ərzaq qıtlığı” yaratmaq ittihamları çərçivəsində hərəkətlərini gözdən salmaq üçün yaxın günlərdə genişmiqyaslı təxribata hazırlaşır”, - deyə Rusiya Federasiyasının Ukraynada humanitar cavab tədbirləri üzrə idarələrarası əlaqələndirmə qərargahının bəyanatında deyilir (qərargah Rusiya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərir).

“Xarkov vilayətinin Karaiçnoye kəndində Ukrayna xüsusi xidmət orqanları taxıl anbarını minalayır. Onu partlatdıqdan sonra Rusiya Federasiyasını guya “Ukraynada taxıl ehtiyatlarını qəsdən məhv etmək”, “aclığı qızışdırmaq” və beləliklə də "taxıl müqaviləsi"nin “pozulması” barədə ittihamlar irəli sürüləcək”, - deyə qərargahın məlumatında qeyd olunur.

Daha sonra məlumatda bildirilir ki, hadisədən sonra “Qərb mediasında bu hadisə “Rusiya qoşunlarının növbəti vəhşiliyi” kimi təqdim olunacaq və “dünya ictimaiyyətindən sərt reaksiya” tələb olunacaq:
"Təxribatın hazırlanması üçün Ukraynanın mina-partlayış işləri üzrə mütəxəssisləri və ümumi sayı 30 nəfərə qədər olan Ukrayna Təhlükəsizlik Xidməti zabitlərindən ibarət qrup Xarkov vilayətinin Volçansk şəhərinə gəlib".
© AP Photo / Hassan AmmarTaxıl anbarı, arxiv şəkli
Украинское зерно - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Taxıl anbarı, arxiv şəkli
Açıqlamaya görə, qərargahda bu dəstənin rəhbəri və üzvləri, onların dislokasiya yeri - Volçansk şəhərinin hərbi komissarlığı barədə məlumat var.

“Ukrayna ordusunun hərbi uğursuzluqları fonunda və yanvarın 20-də Ramşteyndə (Almaniya) NATO müdafiə nazirlərinin görüşü ərəfəsində Kiyev hakimiyyəti Qərb ölkələrində ictimai rəyə təzyiqi artırmaq, həmin ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün müasir silah və hərbi texnikanın yeni irimiqyaslı tədarükünə nail olmaq üçün” üçün bu cür səs-küylü təxribatlardan istifadə edir", - deyə bəyanatda bildirilir.

Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən ötən ilin İyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Müqavilənin müddəti noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı halda avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.
Sövdələşmənin özü paket sazişinin tərkib hissəsidir və digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracına məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur. Moskva qeyd edib ki, məhz bu müddəa yerinə yetirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.
Xəbər lenti
0