https://sputnik.az/20230113/zirede-heyetyani-sahede-qanunsuz-neft-mehsullari-satisinin-qarsisi-alinib---foto---vdeo-450613540.html
Zirədə həyətyanı sahədə qanunsuz neft məhsulları satışının qarşısı alınıb - FOTO - VİDEO
Zirədə həyətyanı sahədə qanunsuz neft məhsulları satışının qarşısı alınıb - FOTO - VİDEO
Sputnik Azərbaycan
Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T10:37+0400
2023-01-13T10:37+0400
2023-01-13T10:40+0400
fhn
cəmiyyət
fövqəladə hallar nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0d/450612993_0:59:1280:779_1920x0_80_0_0_83895f9febbc1434668d159189914927.jpg
BAKI, 13 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Zirə qəsəbəsində fərdi sahibkar Məmmədov Vasif Rəşid oğlunun neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal agentliyin müfəttişləri tərəfindən yerində keçirilən baxış zamanı həqiqətən də müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq vətəndaş Vasif Məmmədov tərəfindən fərdi həyətyanı sahəsində 2 ədəd polad çəndə neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq satışının həyata keçirilməsi, bununla da təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilib. Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal dayandırılıb. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb, çənlərin müvafiq təhlükəsizlik tədbirləri görülməklə ərazidən uzaqlaşdırılması və plastik qablarda neft məhsulları satışının dayandırılması tələb edilib. Aşkar edilən pozuntuların dərhal aradan qaldırılması üçün aparılan yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt sahibkara təqdim edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0d/450612993_82:0:1198:837_1920x0_80_0_0_b1f63b2cca9e22824c7ccc9b0a988dce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, fövqəladə hallar nazirliyi
fhn, fövqəladə hallar nazirliyi
Zirədə həyətyanı sahədə qanunsuz neft məhsulları satışının qarşısı alınıb - FOTO - VİDEO
10:37 13.01.2023 (Yenilənib: 10:40 13.01.2023) Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal dayandırılıb.
BAKI, 13 yanvar — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Zirə qəsəbəsində fərdi sahibkar Məmmədov Vasif Rəşid oğlunun neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal agentliyin müfəttişləri tərəfindən yerində keçirilən baxış zamanı həqiqətən də müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradaraq vətəndaş Vasif Məmmədov tərəfindən fərdi həyətyanı sahəsində 2 ədəd polad çəndə neft məhsullarının saxlanılması və plastik qablara doldurularaq satışının həyata keçirilməsi, bununla da təhlükəsizlik qaydalarının bir sıra tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilib.
Aşkar olunan nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, çənlərin istismarı Agentliyin müfəttişləri tərəfindən dərhal dayandırılıb. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı sahibkar və işçilərlə profilaktik söhbət aparılıb, çənlərin müvafiq təhlükəsizlik tədbirləri görülməklə ərazidən uzaqlaşdırılması və plastik qablarda neft məhsulları satışının dayandırılması tələb edilib.
Aşkar edilən pozuntuların dərhal aradan qaldırılması üçün aparılan yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt sahibkara təqdim edilib.