https://sputnik.az/20230113/rusiyada-askarlanan-koronavirusun-kraken-stammi-qapimizdadir-onun-elametleri-nedir-450612521.html
Rusiyada aşkarlanan koronavirusun "kraken" ştammı qapımızdadır: Onun əlamətləri nədir?
Rusiyada aşkarlanan koronavirusun "kraken" ştammı qapımızdadır: Onun əlamətləri nədir?
Sputnik Azərbaycan
Turan İbrahimova bildirib ki, sözügedən virus "Omicron"un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə "Omicron" kimi keçirir. 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T10:46+0400
2023-01-13T10:46+0400
2023-01-13T10:46+0400
koronavirus
səhiyyə
covid-19
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426159100_0:320:3073:2048_1920x0_80_0_0_0c49eb3794ccd508d9ffd759d402fb71.jpg
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda COVID-19-un yeni ştammı olan "Omicron XBB.1.5"ə yoluxma faktı qeydə alınmayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova "Real TV"də qonaq olarkən deyib. Qurum rəsmisi bildirib ki, sözügedən virus "Omicron"un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə "Omicron" kimi keçirir: "Bunun müxtəlif ştammları olsa belə, bizlərə yad virus deyil. Biz COVID-lə diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştammın "Omicron"dan elə də fərqi yoxdur". Koronavirusun "Omicron" ştammının alt variantı "XBB.1.5" və yaxud "kraken" ştammına yoluxma şimal qonşumuz Rusiyada da qeydə alınıb. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") dünən məlumat yayıb ki, ştamma yoluxma Penza vilayətində qeydə alınıb. "Kraken" variantı özünü əzələ ağrısı, şiddətli öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq, burun axması kimi simptomlarla büruzə verir. Bu variant artıq 74 ölkədə qeydə alınıb. Xatırladaq ki, koronavirusun "Omicron XBB.1.5" ştammının yayılmasından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirmişdi. Onu da bildirək ki, "Omicron XBB.1.5" ştammının digər mövcud alt variantlardan daha ağır olub-olmaması bəlli deyil. Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştammın ciddiliyi ilə bağlı analiz üzərində işləyir. Məlumat üçün onu da əlavə edək ki, ÜST tərəfindən 2023-cü ilin yanvarın 5-də COVID-19-un yeni ştammının aşkarlandığı açıqlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/06/426159100_101:0:2832:2048_1920x0_80_0_0_b74655a02dd173f234eeec8b82bfe74a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
koronavirus, covid-19
Rusiyada aşkarlanan koronavirusun "kraken" ştammı qapımızdadır: Onun əlamətləri nədir?
Turan İbrahimova bildirib ki, sözügedən virus "Omicron"un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə "Omicron" kimi keçirir.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda COVID-19-un yeni ştammı olan "Omicron XBB.1.5"ə yoluxma faktı qeydə alınmayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu TƏBİB-in Yoluxucu Xəstəliklər və İnfeksion Nəzarətin Təşkili Şöbəsinin əməkdaşı Turan İbrahimova "Real TV"də qonaq olarkən deyib.
Qurum rəsmisi bildirib ki, sözügedən virus "Omicron"un subvariantı olduğuna görə ona yoluxan şəxs xəstəliyi elə "Omicron" kimi keçirir: "Bunun müxtəlif ştammları olsa belə, bizlərə yad virus deyil. Biz COVID-lə diaqnostikanı, müalicə yollarını bilirik. Bu ştammın "Omicron"dan elə də fərqi yoxdur".
Koronavirusun "Omicron" ştammının alt variantı "XBB.1.5" və yaxud "kraken" ştammına yoluxma şimal qonşumuz Rusiyada da qeydə alınıb. Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") dünən məlumat yayıb ki, ştamma yoluxma Penza vilayətində qeydə alınıb.
"Kraken" variantı özünü əzələ ağrısı, şiddətli öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq, burun axması kimi simptomlarla büruzə verir. Bu variant artıq 74 ölkədə qeydə alınıb.
Xatırladaq ki, koronavirusun "Omicron XBB.1.5" ştammının yayılmasından sonra Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə texniki mütəxəssisi Mariya Van Kerkhove vəziyyətdən narahat olduqlarını bildirmişdi.
Onu da bildirək ki, "Omicron XBB.1.5" ştammının digər mövcud alt variantlardan daha ağır olub-olmaması bəlli deyil. Van Kerkhovenin sözlərinə görə, ÜST yeni ştammın ciddiliyi ilə bağlı analiz üzərində işləyir.
Məlumat üçün onu da əlavə edək ki, ÜST tərəfindən 2023-cü ilin yanvarın 5-də COVID-19-un yeni ştammının aşkarlandığı açıqlanıb.