Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan "Abşeron" yatağından qazı niyə bu qədər uzun müddət gözləyir?

© Official website of President of Azerbaijan Republic“Abşeron” yatağı
“Abşeron” yatağı - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Adıçəkilən qaz yatağının işlənməsi üzrə müqavilənin imzalanmasından təxminən 14 il keçməsinə baxmayaraq, layihənin icrasına hələ də start verilməyib. Hasilatın gecikməsi nə ilə bağlıdır?
BAKI, 13 yanvar — Sputnik. Ötən ilin yekunlarından və cari ilin perspektivlərindən danışan Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə bildirib ki, 2023-cü ildə Azərbaycan qazının ixracı 24 milyard kubmetr təşkil edəcək ki, bunun da demək olar ki, yarısı Avropaya gedəcək.
Bundan əlavə, dövlət başçısı qeyd edib ki, Azərbaycan 5-6 il ərzində qaz hasilatını 10 milyard kubmetr artırmağı planlaşdırır. Bununla yanaşı, prezident əlavə edib ki, onun artımı ilk növbədə "Şahdəniz" yatağında hasilatın artımı hesabına baş verəcək. O, həmçinin "Abşeron" yatağında gözlənilən hasilatın başlanacağını da açıqlayıb.
"Biz "Şahdəniz" yatağından və digər yataqlardan əlavə hasilat gözləyirik. Məsələn, bu il hər şey plana uyğun gedərsə, "Abşeron" yatağından hasilat başlamalıdır", - deyə prezident qeyd edib.
"Abşeron" zəngin və perspektivli yataqdır
2001-ci ildə açılmış "Abşeron" yatağının ehtiyatları 350-360 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Burada ilk mərhələdə 1,5 milyard kubmetr qaz hasil ediləcəyi, hasilatın isə tədricən ildə beş milyard kubmetrə çatdırılacağı gözlənilir.
Layihə iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti olan "SOCAR" və Fransanın "TOTAL" şirkəti (sonradan TotalEnergies) 21 noyabr 2016-cı il tarixində "Abşeron" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsinin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalayıblar.
"Abşeron" dəniz blokunda hasilatın kəşfiyyatı, işlənməsi və pay bölgüsü haqqında saziş 2009-cu il fevralın 27-də imzalanıb.
Müqavilənin müddəti 30 ildir. Müqavilə sahəsi 747 kvadrat kilometrdir.
"Abşeron"un çətin taleyi
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, "Abşeron" yatağının qeyri-adi və çətin aqibəti var.
Belə ki, onun işlənib hazırlanması üçün müqavilə 2009-cu il fevralın 27-də Fransanın iki şirkəti – "Total" (indiki "TotalEnergies") və "Gaz de France Suez", həmçinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanıb.
© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
"Müqavilənin şərtlərinə görə, "Total" yatağın operatoru olaraq layihədə 40%-ə sahib idi. Daha 40%-i "SOCAR"a, 20%-i isə Fransanın digər "Gaz de France Suez" şirkətinə aid idi", - deyə Şaban Sputnik Azərbaycan-a bildirib.
Sonra "Gaz de France Suez" şirkəti layihədən ayrıldıqdan sonra onun payı "SOCAR" və "Total" şirkətləri arasında yarıya bölündü. Daha sonra isə, 2015-ci ildə "SOCAR" və "Total" birgə "JOCAP" (Joined Operating Company Absheron Petroleum) əməliyyat şirkətini yaratdılar.
"SOCAR" ilk dəfə olaraq dəniz yatağının operatoru olub
Şabanın sözlərinə görə, "SOCAR" "Abşeron" yatağında ilk dəfə olaraq dəniz yatağının operatoru kimi paritet əsasda çıxış edib.
"Belə ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" kimi digər yataqlarda operator xarici şirkət olub, "SOCAR" isə dövləti təmsil edib və özünü passiv səhmdar kimi aparıb. "Abşeron"da isə "SOCAR" artıq layihənin fəal iştirakçısı kimi çıxış edir, çünki bütün əməliyyat idarəçiliyi "JOCAP" müştərək şirkəti tərəfindən həyata keçirilir", - deyə ekspert bildirib.
Şaban onu da qeyd edib ki, "Abşeron" yatağı karbohidrogenlərlə zəngindir.

"2011-ci ilin avqustunda kəşfiyyat quyusunun qazılması nəticəsində zəngin karbohidrogen ehtiyatları aşkar edilib. Əldə edilən məlumatlar diqqətlə təhlil edilib və 2012-ci ilin iyulunda aparılan auditdən sonra isə onlar 350 milyard kubmetr təbii qaz və 100 milyon tona yaxın kondensat aşkarlandığını rəsmən elan ediblər", - deyə ekspert vurğulayıb.

Daha sonra, 2019-cu ildə "Abşeron" yatağında Xəzərdə ən dərin quyu qazılıb, onun təqribi məlumatları ilkin ehtiyatların ən azı 350 milyard kubmetr olduğunu təsdiqləyib.
Şaban qeyd edib ki, 2015-ci ilin noyabrında təsdiq edilmiş "Abşeron-1"in birinci fazasının işlənib hazırlanması layihəsinə əsasən, ildə 1,5 milyard kubmetr həcmində hasil olunan bütün qazın daxili bazara tədarükü planlaşdırılır, lakin kondensatın həcmi (750 min ton) "Bakı-Tbilisi-Ceyhan" boru kəmər vasitəsilə dünya bazarlarına göndəriləcək.
İldən-ilə təxirə salınan layihə
Ekspertin sözlərinə görə, əvvəlcə yataqda ilk qazın hasilatına 2019-cu ilin birinci rübündə başlanacağı planlaşdırılıb.
"Lakin bu baş vermədi və heç kim səbəbləri açıqlamadı, çünki "AÇG" və "Şahdəniz" yataqlarını inkişaf etdirən BP-dən fərqli olaraq, biz hibrid idarəetmə ilə üzləşdik. Buna görə də 2009-cu ildən bu günə qədər layihəyə nə qədər vəsait qoyulduğunu, birinci mərhələnin başlaması üçün hazırlıqların hansı mərhələdə olduğunu və hansı mərhələdə həyata keçirildiyini biz bilmirik. Yəni "JOCAP" tamamilə qapalı bir şirkətdir, bu layihənin nə internet səhifəsi var, nə də başqa hər hansı bir məlumatı", - deyə Şaban qeyd edib.
Belə ki, ekspert qeyd edib ki, başlanğıcı 2019-cu ildə planlaşdırılan yataqda hasilat sonra 2021-ci ilin ortalarına, daha sonra isə 2022-ci ilin sonuna təxirə salınıb.
"2021-ci ildə Fransanın "TotalEnergies" kəşfiyyat və hasilat şirkətinin Prezidenti Arno Breylak Bakıya gəlib, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və o zaman bildirib ki, artıq bir ildən sonra "Abşeron"dan ilk qazın alınması planlaşdırılır", - deyə Sputnik Azərbaycan-ın həmsöhbəti əlavə edib.
© Photo : Press service of the BPDənizdə qaz platforması, arxiv şəkli
Платформа «Чыраг», фото из архива - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Dənizdə qaz platforması, arxiv şəkli
"Abşeron"da hasilatın çətinlikləri
Şaban bildirib ki, "Abşeron"da qaz hasilatı texniki baxımdan kifayət qədər mürəkkəb məsələdir. Belə ki, yatağın işlənməsinin birinci mərhələsində bu proses "Şahdəniz"in ikinci mərhələsində olduğu kimi eyni sxem üzrə, yəni manifold vasitəsilə həyata keçiriləcək, çünki hasilat dərinliyi 500-600 metrə çatır ki, bu da "Şahdəniz"dən daha dərindir.
Manifold adətən bir əsas üzərində quraşdırılmış, yüksək təzyiq üçün nəzərdə tutulmuş və müəyyən sxemə uyğun birləşdirilmiş bir neçə boru kəmərindən ibarət neft və qaz metal konstruksiyalarının elementi olan robotlaşdırılmış qurğularıdır. Manifold bir neçə quyudan hasil edilən karbohidrogenləri toplayır.
"Manifold təbəqəyə yaxın quraşdırılır. "Abşeron"dakı platforma kiçik olacaq və hasil olunan xammalın sahilə çatdırılmasını təmin edəcək "Neft daşları" infrastrukturu ilə birləşdiriləcək", - deyə Şaban bildirib.
Ekspert onu da əlavə edib ki, əgər "Abşron"da qaz hasilatına 2019-cu ildə başlasaydı və Azərbaycan hesablanmış 1,5 milyard kubmetr qazı daxili bazara çıxara bilsəydi, ölkə hazırda Rusiya ilə qaz idxalı və ya Türkmənistanla svop tədarükü ilə bağlı qısamüddətli müqavilə imzalamağa getməzdi.
"Beləliklə, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi Azərbaycan vergi ödəyicisinin cibinə ziyan vurub. Biz "Abşeron"da qaz hasilatına başlasaq, "Şahdəniz" üzrə yükü azalda və azad edilmiş həcmləri ixraca yönəldə biləcəyik", - deyə Şaban fikrini yekunlaşdırıb.
Xəbər lenti
0