Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Rusiyanın təklifi qüvvədə qalır, birgə işi davam etdirmək lazımdır

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Rusiya XİN rəsmisi xatırladıb ki, dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.
BAKI, 12 yanvar — Sputnik. Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlamaq üçün danışıqlara dair platforma təqdim etməyə hazır olduğunu bəyan edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova medianın sualına cavabında bildirib.
"Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları üçün platformanın təmin edilməsi ilə bağlı Rusiyanın təklifi qüvvədə qalır. Rəsmi İrəvanın eyni məsələ ilə bağlı bəyanatları ciddi şəkildə fərqlənəndə erməni tərəfinin mövqeyini qiymətləndirmək çətinləşir. Ermənistanın baş naziri Rusiyanın təklifləri əsasında sənədi imzalamaq niyyətindən, eyni zamanda Qərbin təşviq etdiyi hansısa "hərtərəfli həllə üstünlük verilməsindən danışıb" - deyə Zaxarova bildirib.
O xatırladıb ki, dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə görüşü planlaşdırılıb, lakin erməni tərəfi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın səfərini ləğv edib.

"Bu, təkcə sülh müqaviləsinin deyil, həm də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər aktual məsələlərinin, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirəsinə mane olub", - Zaxarova bildirib.

O əlavə edib ki, problemlərin həlli üçün birgə işi davam etdirmək lazımdır.
"Əgər erməni həmkarlarımız üçtərəfli sazişlərin hərtərəfli həyata keçirilməsinə uyğun olaraq, müəyyən edilmiş problemlərin həllində həqiqətən maraqlıdırlarsa, o zaman sxolastika ilə məşğul olmaq əvəzinə, birgə işi davam etdirmək lazımdır", - XİN nümayəndəsi bildirib.
Xatırladaq ki Ermənistan Baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib: Ermənistan sülh sazişi bağlamağa hazırdır və bunun üçün əlindən gələni edəcək. İndi problem təkcə sənədin məzmununda deyil, həm də bu məzmunun həyata keçirilməsinin təmin edilməsi mexanizmindədir".
Xəbər lenti
0