https://sputnik.az/20230112/rusiyadan-neft-idxalina-qadaga-almaniyada-neft-emali-zavodlarinin-isine-menfi-tesir-edib-450582066.html
Rusiyadan neft idxalına qadağa Almaniyada neft emalı zavodlarının işinə mənfi təsir edib
Rusiyadan neft idxalına qadağa Almaniyada neft emalı zavodlarının işinə mənfi təsir edib
Sputnik Azərbaycan
Neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T14:21+0400
2023-01-12T14:21+0400
2023-01-12T14:21+0400
neft
rusiya
almaniya
idxal
qadağa
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739848_0:160:3071:1887_1920x0_80_0_0_8f6c3319670c559dfcde3afee9f631cc.jpg
BAKI, 12 yanvar — Sputnik. Rusiya neftinin idxalına qoyulan qadağanın tətbiqi Alman neft emalı zavodlarının işini çətinləşdirib. Bu barədə Çinin "CCTV" telekanalı xəbər verir. Yanvarın 1-dən Almaniya hakimiyyətinin Rusiya Federasiyasından "Drujba" kəməri ilə neft idxalını dayandırmaq qərarı qüvvəyə mindikdən sonra neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar. Xüsusilə, əvvəllər Berlində və onun ətrafında neft məhsullarına olan istehlakçı tələbatının 90%-dən çoxunu ödəyən, Şvedtə yerləşən neft emalı zavodu hazırda istehsal gücünün cəmi 50%-i ilə işləyir. Bildirilir ki, Almaniya İqtisadiyyat Nazirliyi bu müəssisəyə Qazaxıstandan neft tədarükünü təşkil edəcəyinə söz verib. Lakin onun tranziti üçün Drujba neft kəmərinin gücü tələb olunur.Telekanalın məlumatına görə, hazırda Qazaxıstan və Rusiya Federasiyası neftin Almaniyaya çatdırılması ilə bağlı danışıqlar aparır. Bundan əvvəl Astana da Rusiyanın Qazaxıstan neftinin Almaniya Federativ Respublikasına tranzitini dəstəklədiyi bildirilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/06/443739848_171:0:2900:2047_1920x0_80_0_0_e8c62787ab365235f392d54cb6ee630e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, almaniya, idxal, qadağa
neft, almaniya, idxal, qadağa
Rusiyadan neft idxalına qadağa Almaniyada neft emalı zavodlarının işinə mənfi təsir edib
Neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar.
BAKI, 12 yanvar — Sputnik. Rusiya neftinin idxalına qoyulan qadağanın tətbiqi Alman neft emalı zavodlarının işini çətinləşdirib. Bu barədə Çinin "CCTV" telekanalı xəbər verir.
Yanvarın 1-dən Almaniya hakimiyyətinin Rusiya Federasiyasından "Drujba" kəməri ilə neft idxalını dayandırmaq qərarı qüvvəyə mindikdən sonra neft emalı zavodları xammal çatışmazlığının öhdəsindən gəlmək üçün istehsal gücünü azaltmalı olublar.
Xüsusilə, əvvəllər Berlində və onun ətrafında neft məhsullarına olan istehlakçı tələbatının 90%-dən çoxunu ödəyən, Şvedtə yerləşən neft emalı zavodu hazırda istehsal gücünün cəmi 50%-i ilə işləyir.
Bildirilir ki, Almaniya İqtisadiyyat Nazirliyi bu müəssisəyə Qazaxıstandan neft tədarükünü təşkil edəcəyinə söz verib. Lakin onun tranziti üçün Drujba neft kəmərinin gücü tələb olunur.
Telekanalın məlumatına görə, hazırda Qazaxıstan və Rusiya Federasiyası neftin Almaniyaya çatdırılması ilə bağlı danışıqlar aparır.
Bundan əvvəl Astana da Rusiyanın Qazaxıstan neftinin Almaniya Federativ Respublikasına tranzitini dəstəklədiyi bildirilmişdi.