https://sputnik.az/20230111/ermenistanin-zengezur-dehlizi-ile-bagli-prosese-tesir-imkanlari-sifira-beraberdir-450551621.html
"Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı prosesə təsir imkanları sıfıra bərabərdir"
"Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı prosesə təsir imkanları sıfıra bərabərdir"
Sputnik Azərbaycan
Deputatın sözlərinə görə, dövlət başçısı nəyisə edəcəyini səsləndirirsə, artıq ictimaiyyətdə fikir formalaşır ki, bu, mütləq gerçəkləşəcək. 11.01.2023, Sputnik Azərbaycan
2023-01-11T15:25+0400
2023-01-11T15:25+0400
2023-01-11T15:25+0400
zəngəzur
siyasət
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939382_0:84:1600:984_1920x0_80_0_0_2eec53ba219e2e9492ff942f0c56732f.jpg
BAKI, 11 yanvar — Sputnik. Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Bu müsahibədə də Azərbaycan prezidenti ölkəmiz üçün əhmiyyət kəsb edən mövzularla bağlı jurnalistlərin suallarını cavablandırdı. Sputnik Azərbaycan Prezidentin son müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlara dair millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib. Millət vəkili bildirib ki, ölkə prezidenti bir daha Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılacağını bəyan etdi: "Dövlət başçısı nəyisə edəcəyini səsləndirirsə, artıq ictimaiyyətdə fikir formalaşır ki, bu mütləq gerçəkləşəcək. Bu baxımdan Zəngəzur dəhlizi xüsusilə dövlət başçısının diqqətindədir. Prezident həmin müsahibə müddətində müxtəlif kontekstlərdə Zəngəzur dəhlizi ilə bağlı məsələlərə aydınlıq gətirdi". "Zəngəzur dəhlizi təkcə nəqliyyat və geoiqtisadi baxımdan deyil, həm də mühüm geosiyasi əhəmiyyət daşıyır. Üçtərəfli bəyannamədə Zəngəzur dəhlizi ifadəsi təsbit olunmasa da, həmin sənəddə Azərbaycanın Naxçıvanla əlaqələrinin bərpa edilməsi ilə bağlı Ermənistan öhdəlik götürüb. Bu öhdəliyin yerinə yetirilməsi istiqamətində Ermənistan heç bir addım atmasa da, Azərbaycan müharibədən sonrakı dövr ərzində ciddi işlər reallaşdırıb", – deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin elektrik enerjisinin ixracında istifadə olunacağı ilə bağlı fikirlər də diqqət çəkən məqamdır: "Bu baxımdan düşünürəm ki, bu təkcə Azərbaycanın maraqlarına deyil, xüsusilə də bərpa olunan enerji mənbələrinin yaradılmasına sərmayə yönəldən ölkələrin və koorparasiyalarına maraqlarına cavab verir. Hesab edirəm ki, ümumi maraqlara uyğun olaraq atılacaq addımlar Zəngəzur dəhlizinin açılmasını şərtləndirəcək. Bu da Ermənistanın prosesə təsir imkanlarını sıfıra endirir. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər çox önəmli mesajları özündə ehtiva edir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939382_90:0:1511:1066_1920x0_80_0_0_2da894e35d88f0015763bda33c599550.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur, prezident ilham əliyev
zəngəzur, prezident ilham əliyev
"Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı prosesə təsir imkanları sıfıra bərabərdir"
Deputatın sözlərinə görə, dövlət başçısı nəyisə edəcəyini səsləndirirsə, artıq ictimaiyyətdə fikir formalaşır ki, bu, mütləq gerçəkləşəcək.
BAKI, 11 yanvar — Sputnik. Ötən gün Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Bu müsahibədə də Azərbaycan prezidenti ölkəmiz üçün əhmiyyət kəsb edən mövzularla bağlı jurnalistlərin suallarını cavablandırdı.
Sputnik Azərbaycan Prezidentin son müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajlara dair millət vəkili Elşad Mirbəşiroğlunun fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, ölkə prezidenti bir daha Ermənistanın istəyindən asılı olmayaraq Zəngəzur dəhlizinin açılacağını bəyan etdi:
"Dövlət başçısı nəyisə edəcəyini səsləndirirsə, artıq ictimaiyyətdə fikir formalaşır ki, bu mütləq gerçəkləşəcək. Bu baxımdan Zəngəzur dəhlizi xüsusilə dövlət başçısının diqqətindədir. Prezident həmin müsahibə müddətində müxtəlif kontekstlərdə Zəngəzur dəhlizi ilə bağlı məsələlərə aydınlıq gətirdi".
"Zəngəzur dəhlizi təkcə nəqliyyat və geoiqtisadi baxımdan deyil, həm də mühüm geosiyasi əhəmiyyət daşıyır. Üçtərəfli bəyannamədə Zəngəzur dəhlizi ifadəsi təsbit olunmasa da, həmin sənəddə Azərbaycanın Naxçıvanla əlaqələrinin bərpa edilməsi ilə bağlı Ermənistan öhdəlik götürüb. Bu öhdəliyin yerinə yetirilməsi istiqamətində Ermənistan heç bir addım atmasa da, Azərbaycan müharibədən sonrakı dövr ərzində ciddi işlər reallaşdırıb", – deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin elektrik enerjisinin ixracında istifadə olunacağı ilə bağlı fikirlər də diqqət çəkən məqamdır: "Bu baxımdan düşünürəm ki, bu təkcə Azərbaycanın maraqlarına deyil, xüsusilə də bərpa olunan enerji mənbələrinin yaradılmasına sərmayə yönəldən ölkələrin və koorparasiyalarına maraqlarına cavab verir. Hesab edirəm ki, ümumi maraqlara uyğun olaraq atılacaq addımlar Zəngəzur dəhlizinin açılmasını şərtləndirəcək. Bu da Ermənistanın prosesə təsir imkanlarını sıfıra endirir. Prezidentin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər çox önəmli mesajları özündə ehtiva edir".