SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan əməkdaşlığı davam etdirməyə hazırdır - Mirzoyan

© Sputnik Ararat Mirzoyan
 Ararat Mirzoyan - Sputnik Azərbaycan, 1920, 09.01.2023
Abunə olmaq
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Aİ-nin qiymətləndirmə qrupu müşahidəçilərin yeni mülki missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistandadır.
BAKI, 9 yanvar — Sputnik. Ermənistan Avropa İttifaqının monitorinq missiyası ilə əməkdaşlığı davam etdirməyə hazırdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Marçin Vidranın rəhbərlik etdiyi Aİ-nin texniki qiymətləndirmə qrupunun nümayəndələri ilə görüşündə deyib.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, Aİ-nin qiymətləndirmə qrupu müşahidəçilərin yeni mülki missiyasının yerləşdirilməsi imkanlarını nəzərdən keçirmək üçün Ermənistandadır.
Görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorinin də iştirak etdiyi qeyd edilir.
Tərəflər dekabrın 19-da fəaliyyətini başa çatdıran Aİ-nin Ermənistandakı müşahidə missiyasının işini müzakirə ediblər.
Mirzoyan regionda sabitliyin yaradılması prosesində müşahidəçilər missiyasının rolunu yüksək qiymətləndirib.
Xəbər lenti
0