https://sputnik.az/20230106/abs-ukrayna-etrafinda-siyasi-nizamlanmani-istemir---antonov-450379615.html
ABŞ Ukrayna ətrafında siyasi nizamlanmanı istəmir - Antonov
ABŞ Ukrayna ətrafında siyasi nizamlanmanı istəmir - Antonov
Sputnik Azərbaycan
Səfir "Bradley" piyada döyüş maşınının Ukraynaya təhvil verilməsini ABŞ-ın Rusiya tərəfinin dəfələrlə etdiyi çağırışlara məhəl qoymayacağının təsdiqi... 06.01.2023, Sputnik Azərbaycan
2023-01-06T11:05+0400
2023-01-06T11:05+0400
2023-01-06T11:05+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiya
abş
ukrayna
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2785:1566_1920x0_80_0_0_e6e56f84eb6c68b12be163d998d782ba.jpg
BAKI, 6 yanvar — Sputnik. ABŞ Ukrayna ətrafında siyasi nizamlanmanı istəmir, Kiyevi silahla təmin edir, öz hərəkətləri ilə radikalları "yeni dəhşətli əməllərə" sövq edir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. Diplomat deyib ki, ABŞ-dan gələn hər yeni hərbi yardımla Ukraynadakı radikallar daha çox cəzasızlıq hiss edirlər. "Xüsusi qəddarlıqla Rusiya Federasiyasının Donbas, Zaporojye və Xerson vilayətlərində dinc sakinləri öldürməyə davam edirlər", - deyə səfir bildirib. "Mövcud münaqişənin uzanmasına görə kimin məsuliyyət daşıdığına heç kimin şübhəsi olmamalıdır. ABŞ administrasiyasının bütün hərəkətləri açıq şəkildə siyasi tənzimləmə istəyinin olmamasından xəbər verir. Hətta Milad bayramında elan etdiyimiz birtərəfli atəşkəs də nəfəs almaq cəhdi adlandırılır. Bütün bunlar o deməkdir ki, Vaşinqton bizimlə son ukraynalıya qədər vuruşmaqda qərarlıdır və Ukrayna xalqının taleyi amerikalıları qətiyyən narahat etmir". O, elan olunmuş "Bradley" piyada döyüş maşınının Ukraynaya təhvil verilməsini ABŞ-ın Rusiya tərəfinin dəfələrlə etdiyi çağırışlara məhəl qoymayacağının təsdiqi adlandırıb. "Nəhayət, bütün dünya ictimaiyyətinə məlum olmalıdır ki, ABŞ 2014-cü ildən Kiyevdə nasist cinayətkarlarını dəstəkləyərək Rusiya ilə əsl müharibəyə başlayıb. Hər hansı müdafiə xarakterindən söhbət gedə bilməz", - deyə səfir vurğulayıb. Antonov bildirib ki, ABŞ başda olmaqla Qərb Rusiyanı zəiflətmək üçün məqsədyönlü işlərə Ukraynadakı xüsusi əməliyyatdan xeyli əvvəl başlayıb. Pentaqon daha əvvəl təsdiqləmişdi ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi cümə günü təqdim olunacaq, bu paketə "Bradley" piyada döyüş maşınları da daxildir. Ukraynada nə baş verir? Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir. Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub. Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41153/37/411533728_0:0:2731:2048_1920x0_80_0_0_567e3d043c6b1c0c10c8992ec6c5775d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, abş, ukrayna
ABŞ Ukrayna ətrafında siyasi nizamlanmanı istəmir - Antonov
Səfir "Bradley" piyada döyüş maşınının Ukraynaya təhvil verilməsini ABŞ-ın Rusiya tərəfinin dəfələrlə etdiyi çağırışlara məhəl qoymayacağının təsdiqi adlandırıb.
BAKI, 6 yanvar — Sputnik. ABŞ Ukrayna ətrafında siyasi nizamlanmanı istəmir, Kiyevi silahla təmin edir, öz hərəkətləri ilə radikalları "yeni dəhşətli əməllərə" sövq edir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Diplomat deyib ki, ABŞ-dan gələn hər yeni hərbi yardımla Ukraynadakı radikallar daha çox cəzasızlıq hiss edirlər.
"Xüsusi qəddarlıqla Rusiya Federasiyasının Donbas, Zaporojye və Xerson vilayətlərində dinc sakinləri öldürməyə davam edirlər", - deyə səfir bildirib.
"Mövcud münaqişənin uzanmasına görə kimin məsuliyyət daşıdığına heç kimin şübhəsi olmamalıdır. ABŞ administrasiyasının bütün hərəkətləri açıq şəkildə siyasi tənzimləmə istəyinin olmamasından xəbər verir. Hətta Milad bayramında elan etdiyimiz birtərəfli atəşkəs də nəfəs almaq cəhdi adlandırılır. Bütün bunlar o deməkdir ki, Vaşinqton bizimlə son ukraynalıya qədər vuruşmaqda qərarlıdır və Ukrayna xalqının taleyi amerikalıları qətiyyən narahat etmir".
O, elan olunmuş "Bradley" piyada döyüş maşınının Ukraynaya təhvil verilməsini ABŞ-ın Rusiya tərəfinin dəfələrlə etdiyi çağırışlara məhəl qoymayacağının təsdiqi adlandırıb.
"Nəhayət, bütün dünya ictimaiyyətinə məlum olmalıdır ki, ABŞ 2014-cü ildən Kiyevdə nasist cinayətkarlarını dəstəkləyərək Rusiya ilə əsl müharibəyə başlayıb. Hər hansı müdafiə xarakterindən söhbət gedə bilməz", - deyə səfir vurğulayıb.
Antonov bildirib ki, ABŞ başda olmaqla Qərb Rusiyanı zəiflətmək üçün məqsədyönlü işlərə Ukraynadakı xüsusi əməliyyatdan xeyli əvvəl başlayıb.
Pentaqon daha əvvəl təsdiqləmişdi ki, ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi cümə günü təqdim olunacaq, bu paketə "Bradley" piyada döyüş maşınları da daxildir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.