CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gömrük generallarının həbs müddəti uzadılıb

© Official website of President of Azerbaijan RepublicЗал заседания суда, фото из архива
Зал заседания суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.
BAKI, 5 yanvar - Sputnik. Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin sabiq direktoru Ehtiram Xəlilov və Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətlərə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Səbail Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının vəsatətləri əsaslı hesab olunub.
Qərara əsasən, Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri daha 3 ay uzadılıb.
Qeyd edək ki, Ehtiram Xəlilov və Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatlarla həbs olunublar.
Generallar Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
Xəbər lenti
0