https://sputnik.az/20230105/erdoganla-putin-ukrayna-munaqisesini-ve-suriyani-muzakire-edibler-450354659.html
Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı müzakirə ediblər
Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı müzakirə ediblər
Sputnik Azərbaycan
Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində “yol xəritəsi”ni tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib. 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T14:00+0400
2023-01-05T14:00+0400
2023-01-05T15:01+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
vladimir putin
telefon danışığı
müzakirə
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156802_0:0:2984:1679_1920x0_80_0_0_7e6367c4ff1ab513e515e53334755689.jpg
BAKI, 5 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı da müzakirə ediblər.Türkiyə lideri rusiyalı həmkarı ilə telefon danışığı zamanı, həmçinin, taxıl dəhlizinə dair son danışıqları müzakirə edib və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zonasının yaradılması təşəbbüsünün müsbət nəticələrinin olduğunu vurğulayıb.O, atəşkəsə nail olmağın və ədalətli sülhün vacibliyini də diqqətə çatdırıb.Bundan əlavə, Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində “yol xəritəsi”ni tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib.Türkiyə Prezidenti Putinlə danışığı zamanı terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel-Rıfat və Menbicdən çıxarılması üçün konkret addımların atılmasının vacibliyini də əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156802_0:0:2732:2048_1920x0_80_0_0_6e5ea309544174585da539d024d1fbe1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin, telefon danışığı, müzakirə
rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, vladimir putin, telefon danışığı, müzakirə
Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı müzakirə ediblər
14:00 05.01.2023 (Yenilənib: 15:01 05.01.2023) Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində “yol xəritəsi”ni tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib.
BAKI, 5 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.
Ərdoğanla Putin Ukrayna münaqişəsini və Suriyanı da müzakirə ediblər.
Türkiyə lideri rusiyalı həmkarı ilə telefon danışığı zamanı, həmçinin, taxıl dəhlizinə dair son danışıqları müzakirə edib və Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsiz zonasının yaradılması təşəbbüsünün müsbət nəticələrinin olduğunu vurğulayıb.
O, atəşkəsə nail olmağın və ədalətli sülhün vacibliyini də diqqətə çatdırıb.
Bundan əlavə, Ərdoğan qısa müddətdə Türkiyədə təbii qaz mərkəzinin yaradılması istiqamətində “yol xəritəsi”ni tamamlamağı və konkret addımlar atmağı hədəflədiyini bildirib.
Türkiyə Prezidenti Putinlə danışığı zamanı terror təşkilatı PKK/PYD/YPG-nin xüsusilə Tel-Rıfat və Menbicdən çıxarılması üçün konkret addımların atılmasının vacibliyini də əlavə edib.