Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

© AP Photo / Ivan SekretarevBoks
Boks  - Sputnik Azərbaycan, 1920, 05.01.2023
Abunə olmaq
Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək
BAKI, 5 yanvar — Sputnik. Azərbaycan daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatı Azərbaycanda keçiriləcək.
Bununla bağlı qərarı Avropa Boks Konfederasiyası İtaliyanın Assizi şəhərində açıqlayıb.
Səsvermənin nəticəsinə əsasən, Azərbaycan digər rəqibləri Bolqarıstan və Rumıniyanı qabaqlayaraq yarışa ev sahibliyi hüququ qazanıb. Bakıda keçiriləcək Avropa çempionatı oktyabr-noyabr ayına təsadüf edəcək. Qitənin ən güclülərinin bir araya gələcəyi və Azərbaycanın ilk dəfə qəbul edəcəyi yarışın dəqiq tarixi bu günlərdə bilinəcək.
Avropa Boks Konfederasiyası, həmçinin digər qitə çempionatlarının da ev sahiblərini açıqlayıb. Yeniyetmələr arasında Avropa birinciliyi iyulda Rumıniyada, məktəblilər arasında yarış avqustda Sloveniyada olacaq.
Qeyd edək ki, Azərbaycan millisi U-22-lərin son Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Xəbər lenti
0