https://sputnik.az/20230105/avropada-qaz-ucuzlasir-450359405.html
Avropada qaz ucuzlaşır
Avropada qaz ucuzlaşır
Sputnik Azərbaycan
Qazın min kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 dollardan aşağı düşüb. 05.01.2023, Sputnik Azərbaycan
2023-01-05T15:19+0400
2023-01-05T15:19+0400
2023-01-05T15:19+0400
qaz
dünya xəbərləri
avropa
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813325_0:159:3076:1889_1920x0_80_0_0_28f63bd80337d2cf7e4f446456268df3.jpg
BAKI, 5 yanvar — Sputnik. Avropada qazın 1000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 ABŞ dollarından aşağı enib. Bu gün fevral fyuçerslərinin qiyməti 696,3 dollar təşkil edib. Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1000 kubmetrinin qiyməti 700 ABŞ dolları civarında qərarlaşıb. 4 yanvarda fevral fyuçerslərinin qiyməti 702,8 dollar təşkil edib. Qeyd edək ki, qazın qiyməti Avropada isti hava fonunda ucuzlaşır. Son günlər Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksək olaraq qalır ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, elektrik enerjisi istehsalında külək generasiyasının payı stabil olaraq 20 faiz təşkil edir. Yanvarın 1-də isə bu göstərici rekord səviyyəyə - 34,7 faizə çatıb. Xatırladaq ki, 2022-ci ilin dekabr ayında Avropada yeraltı qaz anbarlarına qaz vurulması 2011-ci ildən bəri rekord səviyyədə olub. Bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb. İlin sonunda Avropa İttifaqında qazın anbarlara vurulması həcmi 128 milyard kubmetri ötüb. Ötən ilin 7 mart tarixində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813325_174:0:2903:2047_1920x0_80_0_0_7b079036ad2e93f4155040786fc07f59.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qaz, avropa, qiymət
Avropada qaz ucuzlaşır
Qazın min kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 dollardan aşağı düşüb.
BAKI, 5 yanvar — Sputnik. Avropada qazın 1000 kubmetrinin qiyməti 2021-ci ilin sentyabrından ilk dəfə olaraq 700 ABŞ dollarından aşağı enib.
Bu gün fevral fyuçerslərinin qiyməti 696,3 dollar təşkil edib.
Ötən gün keçirilən hərracların başlanğıcında Avropada qazın 1000 kubmetrinin qiyməti 700 ABŞ dolları civarında qərarlaşıb. 4 yanvarda fevral fyuçerslərinin qiyməti 702,8 dollar təşkil edib.
Qeyd edək ki, qazın qiyməti Avropada isti hava fonunda ucuzlaşır. Son günlər Avropa ölkələrinin əksəriyyətində havanın temperaturu iqlim göstəricisindən yüksək olaraq qalır ki, bu da anbarlardan qaz götürülməsi tempini zəiflədib. Bundan başqa, elektrik enerjisi istehsalında külək generasiyasının payı stabil olaraq 20 faiz təşkil edir. Yanvarın 1-də isə bu göstərici rekord səviyyəyə - 34,7 faizə çatıb.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayında Avropada yeraltı qaz anbarlarına qaz vurulması 2011-ci ildən bəri rekord səviyyədə olub. Bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb. İlin sonunda Avropa İttifaqında qazın anbarlara vurulması həcmi 128 milyard kubmetri ötüb.
Ötən ilin 7 mart tarixində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.