https://sputnik.az/20221231/turkiye-qosunlarini-suriya-erazisinden-cixarmaga-razilasib---kv--450235822.html
Türkiyə qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb - KİV
Türkiyə qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb - KİV
Sputnik Azərbaycan
Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqların Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olduğu bildirilir. 31.12.2022, Sputnik Azərbaycan
2022-12-31T10:18+0400
2022-12-31T10:18+0400
2022-12-31T10:18+0400
dünya xəbərləri
türkiyə
moskva
suriya
https://cdnn1.img.sputnik.az/img/42200/29/422002940_0:0:3072:1728_1920x0_80_0_0_3a78b6da43f729931be3cccee17e1b34.jpg
BAKI, 31 dekabr - Sputnik. Rsəmi Ankara qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb. RİA Novosti xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra bu barədə razılıq əldə olunub.Suriyanın Əl-Vətən nəşri mənbələrindən birinə istinadən yazıb ki, üç ölkə nazirlərinin Moskvada keçirilən görüşünün nəticələrindən biri Türkiyənin Suriyanın şimalında işğal etdiyi ərazilərdən tamamilə çıxması ilə bağlı razılıq əldə etməsi olub.Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Bu barədə daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.“Hürriyet” qəzetinin yazdığına görə, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub."Əl-Vətən" qeyd edib ki, tərəflər həmçinin Suriyanın şimalında M4 avtomobil yolu ilə bağlı 2020-ci il müqaviləsinin icrasını müzakirə ediblər.Mənbənin sözlərinə görə, tərəflər Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) birləşmələrinin “İsrail və ABŞ-ın agentləri olduğunu və Türkiyə və Suriya üçün ən böyük təhlükə yaratdığını” vurğulayıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42200/29/422002940_341:0:3072:2048_1920x0_80_0_0_7ba48a66af5cff46dd71ed0dcafc3960.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, moskva, suriya
Türkiyə qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb - KİV
Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqların Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olduğu bildirilir.
BAKI, 31 dekabr - Sputnik. Rsəmi Ankara qoşunlarını Suriya ərazisindən çıxarmağa razılaşıb. RİA Novosti xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə, Suriya və Rusiya müdafiə nazirlərinin Moskvada keçirilən görüşündən sonra bu barədə razılıq əldə olunub.
Suriyanın Əl-Vətən nəşri mənbələrindən birinə istinadən yazıb ki, üç ölkə nazirlərinin Moskvada keçirilən görüşünün nəticələrindən biri Türkiyənin Suriyanın şimalında işğal etdiyi ərazilərdən tamamilə çıxması ilə bağlı razılıq əldə etməsi olub.
Rusiya, Suriya və Türkiyənin müdafiə nazirləri bu həftə Moskvada Suriya böhranının həlli yollarını müzakirə etmək üçün üçtərəfli danışıqlar aparıblar. Bu barədə daha əvvəl Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, “görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini və Ərəb Respublikasında və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər”.
“Hürriyet” qəzetinin yazdığına görə, Moskvada hərbi idarələrin rəhbərləri arasında keçirilən danışıqlar Ankara ilə Dəməşq arasında son 11 ildə ilk rəsmi danışıqlar olub.
"Əl-Vətən" qeyd edib ki, tərəflər həmçinin Suriyanın şimalında M4 avtomobil yolu ilə bağlı 2020-ci il müqaviləsinin icrasını müzakirə ediblər.
Mənbənin sözlərinə görə, tərəflər Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) birləşmələrinin “İsrail və ABŞ-ın agentləri olduğunu və Türkiyə və Suriya üçün ən böyük təhlükə yaratdığını” vurğulayıblar.