https://sputnik.az/20221230/yaxin-gelecekde-zengezura-goyceye-revana-qayidacagiq---cma-sedri-450202801.html
"Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq" - İcma sədri
"Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq" - İcma sədri
Sputnik Azərbaycan
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri parlamentin bu gün keçirilən iclasında bildirib ki, əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına... 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T12:07+0400
2022-12-30T12:07+0400
2022-12-30T12:21+0400
zəngəzur
siyasət
qərbi azərbaycan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_0:77:1600:977_1920x0_80_0_0_5109b1154dd363dc76179e4f03da37ed.jpg
BAKI, 30 dekabr - Sputnik. "Azərbaycan və dünya ictimaiyyəti bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu. 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi. Biz Qərbi Azərbaycan İcması olaraq, verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə dövlət başçısına bir daha dərin təşəkkürümüzü bildiririk". Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin bu gün keçirilən plenar iclasında bildirib. Deputat xatırladıb ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti"nin bazasında bu il avqustun 3-də yaradılıb: "İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplaşıb. İcmanın sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri, Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini, Nəzarət-Təftiş Komissiyasının sədr müavini deputatlardır. Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir. Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır". "İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq", - deyə o əlavə edib. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Diqqətə çatdırılıb ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir. Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0c/425939439_294:0:1597:977_1920x0_80_0_0_f21f7e9745cbfe25fafd9cdd9fd926d9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zəngəzur, qərbi azərbaycan, prezident ilham əliyev
zəngəzur, qərbi azərbaycan, prezident ilham əliyev
"Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq" - İcma sədri
12:07 30.12.2022 (Yenilənib: 12:21 30.12.2022) Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri parlamentin bu gün keçirilən iclasında bildirib ki, əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır.
BAKI, 30 dekabr - Sputnik. "Azərbaycan və dünya ictimaiyyəti bir neçə gün əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu. 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi. Biz Qərbi Azərbaycan İcması olaraq, verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə dövlət başçısına bir daha dərin təşəkkürümüzü bildiririk".
Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat xatırladıb ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti"nin bazasında bu il avqustun 3-də yaradılıb: "İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. Bu strukturlarda 400-dən artıq mütəxəssis, ziyalı, elm adamı toplaşıb. İcmanın sədri, iki sədr müavini, Ağsaqqallar Şurasının sədri, Qadınlar Şurasının sədri, Ziyalılar Şurasının sədr müavini, Gənclər Birliyinin sədri və sədr müavini, Nəzarət-Təftiş Komissiyasının sədr müavini deputatlardır.
Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir. Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır".
"İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq", - deyə o əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.
Dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verilib.
Bildirilib ki, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. Bu il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək "Qərbi Azərbaycan İcması"na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib.
Məlumat verilib ki, təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir.
Diqqətə çatdırılıb ki, əvvəllər Bakıda Şuşa Şəhər İcra Hakimiyyətinin və "Qarabağa dönüş" İctimai Birliyinin yerləşdiyi bina İcmanın istifadəsinə verildikdən sonra təmir edilib və zəruri avadanlıqlarla təchiz olunub. Ümumi sahəsi 1280 kvadratmetr olan dördmərtəbəli binada 23 iş otağı, iclas və konfrans zalları, habelə müxtəlif yardımçı otaqlar mövcuddur. Binada Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətlərini, habelə Qərbi Azərbaycandan olan görkəmli ziyalılar barədə məlumatları əks etdirən fotostendlər, Qərbi Azərbaycan abidələrinə dair tablolar, 5 arxiv xəritəsi, Ulu Öndərin və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı nitqlərini əks etdirən videomateriallar nümayiş olunur. Binada, həmçinin Qərbi Azərbaycandan olan elm adamlarının və ədiblərin bu yerlə bağlı elmi, bədii və publisistik əsərləri sərgilənir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb.