https://sputnik.az/20221230/milli-meclisin-payiz-sessiyasi-basa-catib-450209184.html
Milli Məclisin payız sessiyası başa çatıb
Milli Məclisin payız sessiyası başa çatıb
Sputnik Azərbaycan
Sədr bildirib ki, payız sessiyası çərçivəsində Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. 30.12.2022, Sputnik Azərbaycan
2022-12-30T13:31+0400
2022-12-30T13:31+0400
2022-12-30T13:31+0400
milli məclis
azərbaycan xəbərləri
sahibə qafarova
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_0:94:1800:1107_1920x0_80_0_0_9d515802b568d4ae5c3595bcfa088764.jpg
BAKI, 30 dekabr-Sputnik. Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin verdiyi tövsiyələrə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər bu dövrdə də davam edib. Sədr bildirib ki, payız sessiyası çərçivəsində Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Spiker bildirib ki, Milli Məclisdə 10 dinləmə keçirilib, böyük ictimai maraq doğuran qanun layihələri hərtərəfli müzakirə edilib, Milli Məclisin müxtəlif bəyanatları qərul edilib. S.Qafarova bildirib ki, bu sessiya beynəlxalq əlaqələrin intensivliyi baxımından da səmərəli olub, deputatlar 59 ölkəyə 116 səfər edib. Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib. Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb. Qeyd edək ki, Milli Məclis tətilə buraxılıb. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
https://sputnik.az/20221230/milli-meclisde-etiraz-fransa-cenubi-qafqazda-gerginlik-muhiti-yaratmaga-calisir-450202968.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40373/62/403736279_100:0:1700:1200_1920x0_80_0_0_24b630132639f675c43e32d3348517df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, sahibə qafarova
milli məclis, sahibə qafarova
Milli Məclisin payız sessiyası başa çatıb
Sədr bildirib ki, payız sessiyası çərçivəsində Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib.
BAKI, 30 dekabr-Sputnik. Milli Məclisin payız sessiyası çərçivəsində sonuncu iclası başa çatıb.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Prezident İlham Əliyevin verdiyi tövsiyələrə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər bu dövrdə də davam edib. Sədr bildirib ki, payız sessiyası çərçivəsində Milli Məclisin 19 iclası keçirilib, 206 qanun və qərar qəbul edilib. Ümumilikdə bu il ərzində 37 plenar iclas keçirilib, 320 qanun və qərara baxılıb. Spiker bildirib ki, Milli Məclisdə 10 dinləmə keçirilib, böyük ictimai maraq doğuran qanun layihələri hərtərəfli müzakirə edilib, Milli Məclisin müxtəlif bəyanatları qərul edilib.
S.Qafarova bildirib ki, bu sessiya beynəlxalq əlaqələrin intensivliyi baxımından da səmərəli olub, deputatlar 59 ölkəyə 116 səfər edib.
Spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin payız sessiyası işini yekunlaşdırıb.
Qeyd edək ki, Milli Məclis tətilə buraxılıb.
Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.