Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Faktiki hava açıqlanıb - Bayram günləri hava necə keçəcək?

© Sputnik / Ilham MustafayevÇaykənd kəndində duman, arxiv şəkli
Çaykənd kəndində duman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.12.2022
Abunə olmaq
Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 30 dekabr — Sputnik. Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 30-na olan məlumata əsasən, 29-u gün ərzində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə yağan qar 30-u gecə saatlarından kəsilib.
Qar örtüyünün hündürlüyü: Qax, Şahdağda 2 sm, Altıağacda 1 sm olub.
Düşən yağıntının miqdarı: Astarada 7.0 mm, Lənkəranda 6.0 mm, Ağdərə (Ordubad), Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabranda 1.0 mm-dək olub.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 5-9° şaxta, dağlıq rayonlarda 7-12° şaxta, aran rayonlarında 1° şaxtadan 2°-dək isti olub.
Bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Xəbər lenti
0