Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Qoç ət"in kəsim sexində qadının ölməsi ilə bağlı cinayət işi başlanılıb

© AP Photo / Felipe DanaMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.12.2022
Abunə olmaq
Sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində aldığı xəsarətlərdən ölüb.
BAKI, 29 dekabr — Sputnik. "Qoç ət" KFT MMC-də qadının ölümü ilə bağlı cinayət işi başlanılıb.
Hadisə dekabrın 28-də şirkətin paytaxtın Qaradağ rayonu, Lökbatan-Puta yolunda yerləşən kəsim sexində qeydə alınıb.
Belə ki, həmin sexdə xadimə işləyən Pirməmmədova Rəqsanə Azad qızı elektrik ət qarışdırıcı qurğunu təmizləyən zaman onun hərəkətə gəlməsi nəticəsində hissələrinin arasında qalıb. Daha sonra qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məclləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır (Report).
Xəbər lenti
0